18.02.2015 [11:07] - Gündəm, İdman
19-20 fevral 2015-ci il tarixdə Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçiriləcək.
Yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan yığma komandası 2015-ci il üçün nəzərdə tutulan təqvim planına əsasən bu turnirdə iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, böyük məşqçilər Yaqub Məmmədov və Həsrət Məmmədyarovun rəhbərliyi altında heyətdə 13 idmançı yer alıb. Yeniyetmələrin yarışında Ülkər Babayeva, Aynurə Camalova (hər ikisi 40 kq), Sona Tumarxanova (48 kq), Leyla Qurbanova (51 kq), Şəbnəm Əhmədova (56 kq) yarışacaq. Gənclərin yarışında isə, ölkəmizi Sahilə Ələkbərova (44 kq), Türkan Nəsirova (48 kq), Arzu Əliyeva (51 kq), Almaz İsmayılova, Alyona Kolesnik (hər ikisi 55 kq), Ləman Qurbanova (59 kq), Dərya Korin (63 kq) və Raqnetta Qurbanzadə (69 kq) təmsil edəcək.

Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |