18.02.2015 [15:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir zamanlar “Birincilər şəhəri” kimi tanınan Təbriz şəhəri, indi bir çox ictimai, iqtisadi və mədəni problemlərlə üz-üzədir
Bu dəfə Şərqi Azərbaycan valisinin abadlıq işləri üzrə müavini Təbriz şəhərinin kanalizasiya probleminə toxunub. Məhəmməd Sadiq Purmehdi Su və Kanalizasiya Şirkətinin müdirləri ilə keçirən tədbirdə bu şirkətin hədəflərinə işarə edib:
“Gələcək hədəflərimizə görə, su təchizatı sistemi ilə yanaşı 3 il ərzində Şərqi Azərbaycanda kanalizasiya sistemi problemini həll etməliyik. Su və Kanalizasiya Şirkəti şəhərlərin inkişafında xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, vilayətin 70 faiz əhalisi şəhərlərdə yaşayır və şəhərlərin içməli su ilə təmini və kanalizasiya sisteminin yaradılması məsələsi bu şirkətin fəaliyyətindən asılıdır.”
Vali müavini sözlərinin davamında Şərqi Azərbaycan Vilayətinin Su və Kanalizasiya Şirkətinin 300 milyon dollar büdcəsi olduğunu deyərək bildirib ki, “36 il inqilabdan keçməsinə rəğmən Təbriz şəhərinin 50 faizi kanalizasiya sistemindən məhrumdur. Bu vəziyyət Təbrizə yaraşan deyil!”
Qeyd edək ki, Təbriz və Azərbaycanın digər şəhərlərinin içməli su və kanalizasiya problemi digər yerli məsullar tərəfindən də dilə gətirilib. Onlar dəfələrlə dövləti tədbir almağa çağırıblar, lakin bu zəmində bu günə qədər heç bir irəlləyiş yoxdur.

Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |