Şrift:
Xəbərdarlıq! Uzun müddət açıq havada qalmayın
19.02.2015 [14:26] - Gündəm, Bildiriş
Qeyri-sabit hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata görə Respublikada şimal-qərb küləyinin 20-si günün ikinci yarısından 15-20 m/s, arabir 23-27 m/s, 21-də, 22-si gecə və səhər arabir 28-33 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun 20-si axşam, 21-22-də gündüz 0°-yə yaxın, gecə saatlarında isə 2°-dək şaxta olacağı gözlənilir.

Abşeron yarımadasında Fevralın 20-si axşamdan başlayaraq 23-dək hava şəraitinin kəskinləşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi, qarlı olacağı gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed