19.02.2015 [17:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əmin Hacilu, Araz Xasse Təraş və İslam Əliəkbərlu Xoy şəhərinin zindanına etab ediliblər
Xəbər verdiyimiz kimi, iki gün öncə Güney Azərbaycanın Xoy şəhərində 3 nəfər azərbaycanlı milli-mədəni fəal tutulub və naməlum yerə aparılmışdır.
Son məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən tutulan Əmin Hacilu, Araz Xasse Təraş və İslam Əliəkbərlu bir gün saxlanıldıqdan sonra Xoy şəhərinin zindanına aparılıb. Bu barədə tutulanlardan biri telefon vasitəsi ilə öz ailəsinə məlumat verib.
Bu günə qədər azərbaycanlı fəalların hansı ittihama görə saxlanıldıqları barədə heç bir bilgi yoxdur. Fəalların ailəsi onların vəziyyəti ilə bağlı məlumat əldə etməyə çalışsalar da hələlik nəticə əldə olunmayıb.
Xatırladaq ki, yuxarıda adlarını çəkdiyimiz fəallar fevralın 17-də Güney Azərbaycanın Xoy şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Bu hadisənin 21 Fevral – Dünya Ana Dili Günü ərəfəsində baş verməsi təsadüfi deyil. İranda hər il Dünya Ana Dili Günü ərəfəsində azərbaycanlı milli-mədəni fəallara qarşı təqib və təzyiqlər artır. Keçən il bu vaxt müxtəlif şəhərlərdə çoxsaylı fəal saxlanılıb və təcridxanalara göndərildi.

Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |