20.02.2015 [00:42] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin erməni təbliğatı ilə mübarizədə ən əsas silahı ölkənin strateji əhəmiyyətidir. Bunu Türkiyənin "Strategic Outlook" beynəlxalq araşdırma mərkəzinin prezidenti Yusif Çinar 1915-ci il hadisələrinin 100 illiyi fonunda Türkiyə və Ermənistan münasibətlərinin pisləşməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, ermənilər bu il çalışacaqlar ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanısın: "Lakin onların səyləri əbəs ola bilər. NATO-nun hərbi bazasının İncirlikdə yerləşdiyini nəzərə alsaq, ölkənin maraqları nəzərə alınacaq".
Y.Çinar qeyd edib ki, bu il Ermənistan və Türkiyə üçün vacib hadisələr baş verəcək: "Ermənistan 1915-ci il hadisələrinin yüzilliyinə həsr edilmiş böyük tədbirlər keçirməyi planlaşdırır. Türkiyə isə Çanaqqala zəfərinin 100 illiyini qeyd edəcək. Bununla əlaqədar hər iki ölkə beynəlxalq ictimaiyyəti öz tərəfinə çəkməyi planlaşdırır".
Ekspert əlavə edib ki, Ermənistan 1915-ci il hadisələrini siyasi məqsədlər üçün istifadə etməyə çalışır: "Ermənistan xüsusilə qeyd etməyə çalışır ki, erməniləri öldürüblər, talan ediblər və Osmanlı dövlətindən qovulublar. Lakin heç kəs, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğan keçmişin kədərli hadisələrini unutmur. Və Barak Obama da bunu dəfələrlə qeyd edib. Lakin Ermənistan bu hadisələri siyasi və iqtisadi məqsədlər üçün istifadə edir. Belə şəraitdə protokollar səmərəli ola bilməz".
O deyib ki, əvvəlki illərdə ABŞ Konqresinin Ermənistanın xeyrinə qərar çıxarmaması üçün amerikalı yəhudilər Türkiyəni dəstəkləyiblər: "Lakin İsrail və Türkiyə arasında əlaqələr pisləşdikdən sonra yəhudi lobbisi Türkiyəni dəstəkləməyi dayandırdı. Obama və Ərdoğan arasında da münasibətlər soyuqlaşıb".

Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |