Şrift:
Elmar Məmmədyarov: -Ermənistan işğalçı siyasətinə son qoymayana qədər regional layihələrdə yer almayacaq.
20.02.2015 [00:42] - Gündəm, Siyasət
“Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmaq istəmir”.

Bunu Tiflisdə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib:

Nazir qeyd edib ki, Ermənistan işğalçılıq siyasətinə son qoymayana qədər regional layihələrdə yer almayacaq: “ Ermənistan hakimiyyəti ilk növbədə qonşu ölkələrlə normal dildə danışmağı bacarmalıdır, işğalçılıq siyasətinə son qoymalıdır".

Azərbaycanın XİN başçısı deyib ki, bu gün Gürcüstandan keçən layihələrin hamısı qlobal xarakter daşıyır: "Biz hər zaman bütün ölkələrlə, o cümlədən Cənubi Qafqaz ölkələri ilə normal əməkdaşlıq qurmaqda maraqlı olmuşuq. Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti bu yolla getmək istəmir. Mən inanıram ki, gec-tez bu məsələ həll olunacaq, Ermənistanda hakimiyyətə elə adamlar gələcək ki, onlar öz ölkəsinin maraqları naminə qonşularla normal əlaqələr quracaqlar, regional layihələrə qatılmaq üçün normal şərait yaradacaqlar".
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed