Şrift:
Fərəc Quliyev: -Viktoriya Nulandın hərəkətini jest kimi qəbul etmirəm.
20.02.2015 [10:57] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistanda protokol qaydası olaraq qondarma “erməni soyqırımı” xatirə abidəsini ziyarət edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın hərəkəti ABŞ-ın Türkiyə və Azərbaycan siyasətinə münasibət kimi qiymətləndirilməməlidir”. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkili qeyd edib ki, ermənilərin iddia etdiyi soyqırımı məsələsi saxtadır: “O dövrdə türklərin soyqırımı olub. Ancaq ermənilər xaricdən gələn qonaqları protokol qaydası olaraq saxta soyqırımı abidəsi önünə aparırlar. Hətta onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvandakı tədbirlərə dəvət etməkdən belə çəkinməmişdi”.

“ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın hərəkətini jest kimi qəbul etmirəm. Çünki, ABŞ erməni soyqırımına açıq şəkildə münasibət bildirir. Bu gün biz ABŞ-Azərbaycan münasibətlərinin sərinləşməsi üçün hər hansı bir davranış və ifadə ortaya qoysaq, bu Ermənistanın xeyrinə olar”.

Elvin Abdulqədirov
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed