20.02.2015 [11:33] - Gündəm, Hüquq
Fərəc Quliyev: “Belə məsələlərdə konservativəm”
Çingiz Qənizadə: “Nə qədər ki, Avropa məkanında və Avropa Məhkəməsinin yurisdiksiyasındayıq…”
İlyas İsmayılov: “Bərpa olunmalıdır”
Millət vəkili Fazil Mustafa təklif edir ki, ölüm hökmü bərpa edilsin. O bildirib ki, uşaqlara qarşı törədilən cinayətlərə ölüm hökmü bərpa oluna bilər.
Qeyd edək ki, artıq neçə illərdir ki, Azərbaycanda ölüm hökmü ləğv edilib. Əvəzində ömürlük həbs cəzası tətbiq olunur.
Görəsən, F. Mustafanın fikirlərinə digər deputat həmkarlarının münasibəti necədir?
Yenicag.az-a açıqlamasında millət vəkili Fərəc Quliyev ölüm hökmünün bərpasının tərəfdarı olduğunu dedi: “Belə məsələlərdə konservativəm. Elə şeylər var ki, Azərbaycan mentalitetinə uyğun olmayan məsələlərdə ölüm hökmünün bərpa olunmasının tərəfdarıyam”.
Millət vəkili Çingiz Qənizadə isə ölüm hökmünün bərpasının mümkün olmadığını söylədi: “Bu mümkün deyil. Çünki, bütün qanunlarımızı Avropa kriteriyalarına uyğunlaşdırmışıq. Avropa Şurasında tələb olunan bütün öhdəlik və müddəaları öhdəmizə götürmüşük. Ona görə hesab edirəm ki, nə qədər Avropa məkanında və Avropa Məhkəməsinin yurisdiksiyasındayıq ölüm hökmünün bərpası mümkün deyil. Çox istərdim ki, ölüm cəzasının tətbiqindənsə, son zamanlar xüsusi amansızlıqla baş verən cinayətlərin səbəbi araşdırılsın və onun qarşısının alınması üçün yaradan səbəblər aradan götürülsün. Habelə, insanlar arasında hüquqla bağlı maarifləndirici işlər gücləndirilsin. Bu istiqamətdə elektron KİV-də çoxsaylı verilişlər aparılmalıdır ki, insanlar hansı əməllərə görə hansı cəzaların onları gözlədiyini bilsinlər. Bu cinayətkarlığın qarşısını almağa kömək edə bilər”.
Digər millət vəkili İlyas İsmayılov isə məsələyə qısa cavab verməklə kifayətləndi: “Ölüm hökmü bərpa olunmalıdır”.
Elçin

Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |