Şrift:
Türkiyə xarici işlər naziri Dağlıq Qarabağdan danışdı
20.02.2015 [12:55] - Xəbərlər, Türk dünyası-Turan, Müsahibə
Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir.

Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir.

"Sabah" qəzetinin verdiyi məlumata görə, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vacibdir. Nazir qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bu günədək heç bir addım atmayıb.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 25-26-da Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed