21.02.2015 [01:33] - Gündəm, DAVAMın yazıları
Cəmil Həsənli. Bu adam hər zaman mənə doğma olub. Hər zaman ona sayğı duymuşam, qorumağa çalışmışam. Hətta səhvlərinə görə üzərinə hücum ediləndə belə, bu kişini, alimi millət üçün faydalı birisi sanaraq özünün də xəbəri olmadan dəstəkləmişəm, hörmət etmişəm.
Ta ki, 2013-cü ilin prezident seçkisində bu adam Rüstəm İbrahimbəyov avantürasına özünü qurban verənədək.
Artıq o gündən sonra, necə deyərlər, Cəmil müəllimin üzərindən əlimi birdəfəlik çəkmişəm. Nə xeyrinə, nə də zərərinə bir kəlmə belə danışmamağa, yazmamağa çalışıram.
Hətta bir dəfə “Mən sizi itirmək istəmirəm!” adlı bir yazımda Cəmil müəllimi yanlış yoldan çəkindirməyə çağırış da etmişdim ki, “siz bu millətə bir tarixçi alim kimi daha gərəklisiniz”. Amma bu alimlik məsələsini də bugünlərdə Yaqub Mahmudovla açdığı polemikayla yerə vurduğundan artıq o cür çağırışları da unutmaq zorundayam…
Yəni bu adamla işim olmayıb, olubsa da onun xeyrinə olub. Di gəl ki, adam artıq ağı-qaradan seçmə duyğusunu itirdiyindəndir ki, durub-durduğum yerdə, heç bir əsas olmadan haqqımda tənqid də deyil, təhqir yazır, tirajlayır və yazdıqlarının da arxasında inadkarlıqla durur!
Heyrət edirəm! Bir professorun, elm adamının, Azərbaycan kimi mürəkkəb bir ölkəyə prezidentlik iddiasını rəsmiləşdirmiş şəxsin bu qədər inadkarlıqla mənim kimi hər sözünün altına imzasını atmaqdan çəkinməyən şəxsə belə kinli, qərəzli yanaşmasına!
…Dostlar xəbər verdilər ki, “Azadlıq” qəzetində Cəmil Həsənli səninlə bağlı etik çərçivəni aşan açıqlama yayıb. Tapdım, oxudum. Bəlli oldu ki, Facebook-da paylaşdığı statusdur. Hər zaman mənə qara yaxmağı özünün yaşam tərzinə çevirmiş “Azadlıq” qəzeti də fürsəti fövtə verməyib, götürüb bunu dərhal dərc edib. Ağına-bozuna baxmadan, haqlı olub-olmadığını araşdırmadan!
Üstəlik, mənim rəyimi öyrənmədən!
Qalsın “Azadlıq”ın qulluğunda. Zatən onlarla bir hesab günümüz olacaq. İlk fürsətdə özü də.
İndi isə gəlirəm Cəmil müəllimin barəmdə tirajladığı yalanlara.
Belə anlaşılır ki, C.Həsənli bu statusu yazmaqla özünün keçmiş tələbəsi Altay Göyüşovu müdafiə etmək istəyib. Etsin, qarışmıram. Amma niyə məhz mənim adıma yazdığı yalanlarla, bunu anlamadım.
Kimlərinsə sifarişli yazılarla vicdanlı adamları hədəfə aldığının iddia edildiyi statusda birbaşa mənə hücum edilir, təhqirə yer verilir: “Bir də görürsən ki, keçmiş azadlığına “Xəzər” televiziyasından həsrətlə baxan Azər adlı birisi keçmiş Sovet ideologiyasına xas olan bir tərsliklə (daha doğru ifadəni etika xətrinə işlətmədim) Qərb ölkələrində təhsilin, mədəniyyətin böhranı, mətbuatın hakim zümrəyə xidmət etməsi, Avropa və Amerikada haqsızlığın ərşə dayanması haqqında difosqen püskürür”.
Birincisi, bu Cəmil müəllimə birisi izah etsin ki, mən keçmişdə deyil, indi əsl azadlığıma qovuşmuşam. Əgər onun xəbəri yoxdursa, deyirəm: elə onun bu uydurmasına həvəslə yer vermiş “Azadlıq” qəzeti zaman vardı ki, mənim Qərbi tənqid edən yazılarımı bilmərrə yasaqlayırdı. İndi isə mən Qərbi də, Şərqi də, hakimiyyəti də, müxalifəti də rahat bir şəkildə tənqid edirəm və kimsənin yasağıyla üzləşmirəm.
“Sovet ideologiyasına xas bir tərslik” məsələsinə və onun “etika xatirinə işlətmədiyi” ifadəyə gəlincə, vallah, bu adamın özünün son illərdəki fəaliyyəti qeyd olunan iddialara daha uyğun gəlir ki, bunu da ayrıca sübut etmək istəməzdim.
Adam iddia edir ki, mən Qərb ölkələrində təhsilin, mədəniyyətin böhranından danışıram. Şərh vermirəm, sadəcə haqqımdır, tələb edirəm ki, ümumiyyətlə bu məsələlər haqqında “Xəzər” TV efirindən nə vaxt və nə danışdığımı sübut etsin!
“Mətbuatın hakim zümrəyə xidmət etməsi, Avropa və Amerikada haqsızlığın ərşə dayanması”na gəlincə, Cəmil müəllim tarix mövzusunda mənimlə mübahisə edə və qalib gələ bilər. Amma lütfən, Qərb mediasının nə olması, orada insan haqlarının necə olması məsələsində mənimlə, çalışsın, yumşaq desək, mübahisə etməsin. Ola bilər ki, Qərbin iç üzünün açılması ona sərf etmir. Mümkündür ki, bu, Londondakı ingilis kürəkəniylə bağlı olsun, yaxud da elə müdafiəsinə qalxdığı Vaşinqton sakini Altay Göyüşovla. Amma yenə də çalışıb elə bir iddia irəli sürsün ki, heç olmasa azacıq həqiqət payı olsun.
“Difosqen” kimi təqdim etdiyi “difosfen” püskürməsinə gəlincə, bu, adətən yerində saymaqla bağlı təbiət hadisəsindən irəli gəlir ki, məncə, onun son illər yerində saymağı o cür qazların yaranması üçün daha əlverişli olsun gərək…
Bu ağsaqqal professor daha sonra mənim papağıma da ilişməkdən çəkinmir.
Vallah yaraşdırmadım! Hətta buna görə utandım da.
Başa düşürəm, Cəmil müəllim başında papaq gəzdirməyi xoşlamır, şəxsi işidir. Amma adamın papağına lağ etməyi ona heç cür yaraşdıra və bağışlaya bilmərəm!
“Saytların hansındası onun yekə papaqlı bir şəklini görəndə ilk ağlıma gələn bu oldu ki, vallah o papaq bu zaatın başına çox yekədir.” Heç dəxli var? Adam, sən get öz papağının dərdini çək, mənim deyil!
“Zənnim doğru çıxdı. Belələrinin sayı çoxaldı və yalan dəyərlər burulğanında boğulan hakimiyyət özünün media siyasətini bu yekə papaqlı bəylərin” … “ üzərinə transfer etməklə xalqla “təmas” imkanı qazandı”, deyərək davam edir o. Yenə də məcburən bu adama xatırlatmaq istərdim ki, hakimiyyət nə edir, niyə edir, mənə dəxli yoxdur. Mən sadəcə doğru bildiyi zamanda doğru bildiyini edən, etdiyini də öz imzasıyla təsdiqləməkdən heç zaman çəkinməyən birisiyəm. Bununsa şəxsən sizə heç bir formada isti-soyuğu olmasın gərək.
Və əsas məsələ: “İndi haqqa virtual aləmdən qovuşmaq (əslində soxulmaq) istəyən belələri Altay Göyüşov kimi vətandaşlıq mövqeyi olan və bu mövqeyi ifadə etməyə iradəsi və intellektual potensialı çatan bir ziyalı, bir müəllim və bir alim haqqında “azadlıq nəğməsi” oxumağa başlayıblar”.
Bax, məni əsl heyrət burada bürüdü! Altay Göyüşov. Tanıyırammı? Bəli.
Şəxsən olmasa da uzaqdan tanıyıram. Nə edir, niyə edir, maraqlanırammı? Elə də yox. Təsadüfən qarşıma onunla bağlı nəsə çıxsa, sadəcə nəzər salıb keçirəm. Yəni bu adam haqqında heç bir fikrim olmayıb bu zamana qədər. Və Cəmil Həsənlinin onu məndən müdafiə etməsinə də buna görə təəccüb və heyrət edirəm!
Necə olur ki, bu qosqoca professor, haqqında bir kəlmə danışmadığım, yazmadığım adamı müdafiə etmək üçün dəxli olmadan mənə təhqirlər yağdırır, Azərbaycan xalqının milli mentalitetində xüsusi yeri olan papağımla belə alay edir?
Nə oldu, nə baş verdi ki, Cəmil müəllim bu hallara düşdü? Mən axı ona, yazımın əvvəlində də qeyd etdiyim kimi hər zaman hörmət etmişəm, qorumağa çalışmışam. Çünki adamı ədalətli birisi sanmışam, deyiblər elə deyil, eşitmək istəməmişəm, yalandır demişəm.
Amma barəmdə “püskürdüyü difosfen” onunla bağlı mənə deyilənləri təsdiqləyir demək…
Cəmil Həsənli məlum yazısında Altay Göyüşovu təriflədikdən sonra belə bir sonluğa da yer verib: “Yazısının aşağısına imzasını qoymağa cəsarəti çatmayanlar bir qayda olaraq “AZADLIQ” haqqında difiramblar oxuyurlar”.
Kimə, kimə, Azər Həsrətə belə bir ittiham irəli sürmək?!
Ay Cəmil müəllim, Azər Həsrət o adamdır ki, internet saytlarında yazdığı iki sözlük şərhin altına belə öz imzasını qoymadan keçməz!
Kiminsə xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq bu günədək yazdığım, dediyim hər sözün altına imzamı qoydum, bilmirdinizsə, xəbəriniz olsun!
Düşünürəm ki, bilmirdiniz. Yaxud da bilirdiniz, unutmusunuz. Zatən dəxli olmadan Altay Göyüşov haqqında nəsə yazdığımı iddia etməyinizdən belə çıxır ki, zaman öz işini görüb, yaddaşınız ciddi şəkildə korşalıb. Olan şeydir, kədərlənməyin. Hər kəs, elə zamanı gəlincə mən də yaşlanacam, mümkündür ki, mənim də yaddaşım qarışacaq. Amma sadəcə sizdən fərqli olaraq mən o halımda bir şey yazmazdan öncə faktları təkrar-təkrar dəqiqləşdirəcəm. Siz də bu üsuldan istifadə edə bilərdiniz, amma son illər özünüzü qapdırdığınız qərəz buna imkan verməyib…
Lap sonda isə adam hansısa yaltaqlıqdan, “xoruz buraxmaq”dan söz açır: “İndi bu xorda sola oxumaq, səsin yaltaqlıq tembri üzərində xüsusi solficio hazırlığı tələb edir. Əks təqdirdə “xoruz buraxmaq” təhlükəsi çox böyükdür. Ona görə, solficio dərsinə gedin yekə papaqlı bəylər və yaşmaqlı xanımlar. Sonra gec olar”.
Belə anlaşılır ki, bu adam öz dövlətinə sadiq olmağı “yaltaqlıq” sanır. İndi gəl də buna xatırlatma ki, belə “yaltaqlıq”mı yaxşıdır, yoxsa 2013-cü ilin prezident seçkisi öncəsi Londonda hansısa 777-ci ingilis məmuruyla görüşüb Azərbaycanda seçkinin taleyini həll etməyə çalışmaqmı? Mənə elə gəlir ki, hörmətli professor özü bu yerdə çox ciddu “xoruz buraxır”…
Sözardı: Onu da qeyd edim ki, Cəmil Həsənlidən dırnaq arasında verdiyim sitatların üslubuna bilərəkdən toxunmadım. Adam belə yazıb, Azərbaycan dilinə münasibəti belədir, olanı budur, mən nə edə bilərəm ki?
Və Altay Göyüşova sözüm: Cəmil müəllimin yazdıqlarını bəyənmək haqqınızdır, amma mənim adıma qoşduqlarını nə üçün bəyəndiyinizi də bilmək maraqlı olardı…
İstanbul. 19 fevral 2015

Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |