Şrift:
Şərqi Azərbaycanda polad zavodunun 244 fəhləsi işdən çıxarılır
21.02.2015 [02:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan vilayətinin Miyana şəhərində yerləşən “Azərbaycan Polad” zavodunun gələn bir neçə günün ərzində 244 işçisini işdən çıxaracağı bildirilir.
İLNA xəbər agentliyinə istinadən, zavodun yeni sahibi bu günlərdə əksəriyyəti təmir və yaşıl sahə bölmələrində işləyən 244 işçinin işinə son verəcəyini elan edib.

Yayılan məlumata görə, “Azərbaycan Polad” özəl sektora verildikdən sonra işəgötürən bütün podratçı işçilərin vəziyyətini müvəqqəti kontrakta dəyişdirib. Hazırda işçilər 3 günlük əmək müqavilələri ilə çalışır.

İLNA işdən çıxarılanların zavod yaxınlığında etiraz aksiyası keçirdiyini yazıb.

Xəbər agentliyinə müsahibə verən bəzi işçilərin dediklərinə görə, zavodu təhvil alan özəl sektorun işçiləri bu şəkildə işdən çıxarması qanunsuzdur.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed