21.02.2015 [09:14] - Gündəm, DAVAMın yazıları
Aristotel “Poetika” əsərində bədii yaradıcılığa münasibət bildirərkən təqlid, metr, fabula, vəzn, ritm anlayışlarını şərh etmişdir. Söz fiziki mənada insanlar tərəfindən vərdişlərlə qəbul edilmiş səslərdir və təyinatı da çoxluq tərəfindən qəbul edilmiş anlam bildirən xüsusiyyətə malikdir. Sözlərin yaranmasında təbiətdən gələn səslər əsaında, yəni təqlid olunan “gurultu”, “taqqıltı” və s. səslərlə bağlı leksik sözlər, morfemlər əmələ gəlmişdir. Sözlərin sonradan istilahi və lüğəti anlamı da təfəkkürə keçmişdir. Cəmiyyətin ümumi həyatında da hadisələrin cümlələrlə nəql olunmasında istilahi və lüğəti mənalar kəsb edən sözlər hadisəni necə təqlid etməsinin xüsusiyyətləri vardır. Şeiriyyətdə tələb olunan ölçü-metr, vəzn-növ-janr, fabula-bədii lövhə, xülya, təxəyyül, ritm-şeirin ahəngi, ədası qaydaları mühüm rol oynayır. Məcazlar, anaforalar, təşbehlər, mubaliğələr bir anlayışın başqa bir anlayışla çatdırılmasına xidmət edir. Məsələn, Yüksək Türk zəkalı şairimiz Eldar İsmayılın yaradıcılığından bir misraya diqqət edək: “Bir haqq yolu, işıq ucu tapan kimi gələcəyəm”. Burada yəni, haqq-ədalətin qurulduğu zaman- qaranlığın işqlandırıldığı zamana bənzədilməsi həqiqi dialektik bağlılığı əks etdirir. Bu bədii lövhə-fabula-“işıq ucu” anlamı təqlidin düzgün ifadəsidir. Metr-heca-ölçü düzümü: 2+2+2+2=8; 2+2+4=8 ritm, ahəngilə gəraylı növündə səslənir və musiqi notları ək etdirir, eyni zamanda poetik tələblərə tam cavab verir. Bu növ şeirlər Eldar İsmayıl yaradıcılığında çoxdur və onlardan birinə də “Şəhid olmağa gəldim”-43-cü kitabındakı şeirə diqqət edək; “Dünya mənim dünyam deyil” anaforalı bu şeirdə şair 9 bəndin hər birində məcazi deyimlərlə haqsızlıqlara qarşı çxaraq, ədalətsizliyi qəbul etmir və öz daxili dünyasını, haqq istəyini təqdim edir:
Xiffətindən doydum daha,
Əl də versə, hallaşmıram.
Dünya mənə göz də vurur,
Neyləyim ki, yollaşmıram.
Mən də belə yaranmışam...
Dünya mənim dünyam deyil!
Yalanımla yalanının
Suyu heç vaxt səmtə axmır.
Doğrum ilə doğrusunun
Səs-sorağı qoşa çıxmır.
Aramızda ülfət yoxdur.
Dünya mənim dünyam deyil!
Şeytan ilə ortaq oldu,
Yancağı olmadım onun.
Başlar kəsən, gözlər ovan
Bıçağı olmadım onun.
Nə deyirsiz, deyin mənə,
Dünya mənim dünyam deyil!
“İt hürüyər, karvan keçər”,
Hürüməsə yal alammaz.
Yaltaq batdaq qurbağası,
Hey quruldar, lal olammaz.
Mən bunları bacarmıram...
Dünya mənim dünyam deyil!
Ömür dəndi, vaxt dəyirman,
Üyündükcə ha üyünsün.
Sinəsin versin qabağa,
Dünya kimindi, öyünsün.
Nə təmannam, nə gözüm var...
Dünya mənim dünyam deyil!
Qayasına qayam demə,
Suyunu iç, otunu ye.
Daha məndən məcnun olmaz,
Nə deyirsən arxamca de...
Mənim başqa bir dünyam var.
Dünya mənim dünyam deyil!
Haramı halalla əlbir,
Yaxşını yamandan seçməz.
Cəlladı allahlıq edir,
Alimi nadandan seçməz.
Mən nə üzlə mənim deyim,
Dünya mənim dünyam deyil!
Haqq sözümü deməliyəm,
Söz deyəni sevməz dünya.
Mən düzünü deməliyəm,
Düz deyəni sevməz dünya.
Mən sağa, o, sola çəkir...
Dünya mənim dünyam deyil!
Dünya vallah səninkidi,
Atını çap, dağıt, tala...
Arı-piri taptala keç,
Qazan qaynat, çömçə yala.
Gədə, dünya səninkidir,...
Dünya mənim dünyam deyil!
Bu bəndlərdə təqlid olunan dünyanın əyər-əskikləri məcazi süjetlərlə verilir. Şeirin səkkizlik növündə ölçü düzümləri bəzən 4+2+2, bəzən də 3+1+4, 4+3+1 verilsə də ritmə, ahəngə xələl gətirmir. “hallaşmaq-hal-əhval tutmaq”, “yollaşmaq-razılaşmaq-yola getmək” Göyçə dialektləridir və şair şeirdə bu sözləri o dərəcədə mahircəsinə işlətmişdir ki, felektiv yanaşma ilə “razılaşmaq”, “hal-əhval tutmaq” felləri tam anlamda təqlid olunmuşdur. Bu bədii təfəkkür forması Eldar İsmayıl yaradıcılığında orijinallıqdır.
Bu yazını I yazı olaraq təqdim edirəm və növbəti II, III, .... yazılarda hörmətli şairin başqa-başqa şeirlərinə də poetik baxışlar təqdim edəcəyəm. Münasibət bildirənlərə əvvəlcədən təşəkkürlərimi bildirirəm.
Xiffətindən doydum daha,
Əl də versə, hallaşmıram.
Dünya mənə göz də vurur,
Neyləyim ki, yollaşmıram.
Mən də belə yaranmışam...
Dünya mənim dünyam deyil!
Yalanımla yalanının
Suyu heç vaxt səmtə axmır.
Doğrum ilə doğrusunun
Səs-sorağı qoşa çıxmır.
Aramızda ülfət yoxdur.
Dünya mənim dünyam deyil!
Şeytan ilə ortaq oldu,
Yancağı olmadım onun.
Başlar kəsən, gözlər ovan
Bıçağı olmadım onun.
Nə deyirsiz, deyin mənə,
Dünya mənim dünyam deyil!
“İt hürüyər, karvan keçər”,
Hürüməsə yal alammaz.
Yaltaq batdaq qurbağası,
Hey quruldar, lal olammaz.
Mən bunları bacarmıram...
Dünya mənim dünyam deyil!
Ömür dəndi, vaxt dəyirman,
Üyündükcə ha üyünsün.
Sinəsin versin qabağa,
Dünya kimindi, öyünsün.
Nə təmannam, nə gözüm var...
Dünya mənim dünyam deyil!
Qayasına qayam demə,
Suyunu iç, otunu ye.
Daha məndən məcnun olmaz,
Nə deyirsən arxamca de...
Mənim başqa bir dünyam var.
Dünya mənim dünyam deyil!
Haramı halalla əlbir,
Yaxşını yamandan seçməz.
Cəlladı allahlıq edir,
Alimi nadandan seçməz.
Mən nə üzlə mənim deyim,
Dünya mənim dünyam deyil!
Haqq sözümü deməliyəm,
Söz deyəni sevməz dünya.
Mən düzünü deməliyəm,
Düz deyəni sevməz dünya.
Mən sağa, o, sola çəkir...
Dünya mənim dünyam deyil!
Dünya vallah səninkidi,
Atını çap, dağıt, tala...
Arı-piri taptala keç,
Qazan qaynat, çömçə yala.
Gədə, dünya səninkidir,...
Dünya mənim dünyam deyil!
Bu bəndlərdə təqlid olunan dünyanın əyər-əskikləri məcazi süjetlərlə verilir. Şeirin səkkizlik növündə ölçü düzümləri bəzən 4+2+2, bəzən də 3+1+4, 4+3+1 verilsə də ritmə, ahəngə xələl gətirmir. “hallaşmaq-hal-əhval tutmaq”, “yollaşmaq-razılaşmaq-yola getmək” Göyçə dialektləridir və şair şeirdə bu sözləri o dərəcədə mahircəsinə işlətmişdir ki, felektiv yanaşma ilə “razılaşmaq”, “hal-əhval tutmaq” felləri tam anlamda təqlid olunmuşdur. Bu bədii təfəkkür forması Eldar İsmayıl yaradıcılığında orijinallıqdır.
Bu yazını I yazı olaraq təqdim edirəm və növbəti II, III, .... yazılarda hörmətli şairin başqa-başqa şeirlərinə də poetik baxışlar təqdim edəcəyəm. Münasibət bildirənlərə əvvəlcədən təşəkkürlərimi bildirirəm.
Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |