Şrift:
Yaqub Mahmudov: “Ermənilər Dədə Qorqudun Dərbənddəki qəbrini partlatmaq istəyirlər”
29.09.2011 [15:14] - Xəbərlər
“Dədə Qorqudun qəbrinin Dərbənddən şimalda, qayalardan birində olması ilə bağlı ilk mənbədən məlumatımız, hətta şəkil materialları da var”.

Bu açıqlamanı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov verib.

Onun sözlərinə görə, Dədə Qorqud Azərbaycan və bütün türk dünyası üçün müqəddəs şəxsiyyətdir: “Amma iş o yerə çatıb ki, ermənilər bu müqəddəsliyə də əl uzadırlar. Ermənilər Dədə Qorqudun Dərbənddəki qəbrini partlatmaq istəyirlər. Dədə Qorqudla bağlı araşdırmaları daha da genişləndirmək üçün AMEA Tarix İnstitutu Dərbənddəki konfranslara çoxlu alimlər göndərir. Sözün əsl mənasında orada elmi döyüşlərə çıxmışıq və öz sözümüzü deməyə başlamışıq”.

Y. Mahmudov xatırladıb ki, vaxtilə Dağıstan xalqlarını sürgündən Əziz Əliyev kimi böyük dövlət xadimi xilas edib: “Onun övladı olan xalq bu gün də yaşayır. Biz Dağıstanla əlaqələri daha da gücləndirəcəyik. Dədə Qorqudun qəbrinə hücum eləyənlərə biz hücum eləyəcəyik”.
Bu xəbər oxucular tərəfindən 1554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed