Şrift:
Dünya Ana Dili Günü ərəfəsində azərbaycanlı fəallara qarşı təzyiqlər artıb
21.02.2015 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az xəbər verir ki, GünAz TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 21 Fevral – Dünya Ana Dili Günü ərəfəsində azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər yeni vüsət alıb.
Təzyiqlərin son dalğası əsasən Ərdəbil, Meşkinşəhr və Muğanın Parsabad şəhərində müşahidə olunub. Belə ki, 4-cü gün (pənc şənbə günü) təhlükəsizlik qüvvələri Ərdəbil şəhərinin milli-mədəni fəalları ilə əlaqə saxlayaraq onları təhdid edib. Məmurlar, azərbaycanlı fəallara təbliğ fəaliyyəti və Dünya Ana Dili Günü ilə bağlı mərasim keçirməklə əlaqədar xəbərdarlıq edib. Təhlükəsizlik qüvvələrinin hədələyici xəbərdarlıqları o halda baş verir ki, azərbaycanlı fəallar qanun çərçivəsində və dinc şəkildə mərasim keçirmək istəyir. Fəallar hətta bununla bağlı imzatoplama kampaniyası keçirib və səlahiyyətli orqanlara müraciət ünvanlayıblar.

Təhlükəsizlik qüvvələri tərəfindən təhdid olunan bir neçə fəalın kimliyi bunlardan ibarətdir:

Rəhim Qulami, Əli Xeyrcu, Cəfər Rüstəmirad, Həmid Qüvvəti, Meysəm Colani, Səccad Colani və s.

Oxşar vəziyyət Meşkinşəhr və Parsabad şəhərlərində baş verib. Bir sıra azərbaycanlı fəal təhdid olmaqla yanaşı, Meşkinşəhrdə Aydın Zakir xüsusi olaraq hədələnib. Polis idarəsinin təhlükəsizlik qüvvələri A.Zakirin iş yerinə gedib və onunla mübahisə ediblər. Məmurların təhdidinə məruz qalan fəal özünü müdafiə etməyə çalışıb. Muğanın Parsabad şəhərində isə Səid Hüseyni təhlükəsizlik qüvvələri tərəfindən hədələnib.
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed