Şrift:
Səid Şirzad Rəcayişəhr zindanına sürgün edildi
21.02.2015 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Səid Şirzad, Həmid Babayi və Məsud Ərəbçubdar Tehranın Evin zindanından Kərəcin Rəcayişəhr zindanına sürgün edilib.
Fevralın 16-da Evin zindanının 8-ci bölümünün məhbusları isti paltarsız və məcburi bir şəkildə tənəffüsə çıxarılıb. Soyuq havada məcburi tənəffüsə çıxarılan məhbuslar etiraz edib və bu etirazın nəticəsində 8 məhbus təknəfərlik məhbəsə köçürülüb. Sözü gedən 8 məhbus köçürüldükləri məhbəslərdə aclıq aksiyasına başlayıb.

Fevralın 17-də 8 məhbusdan 3-ü Rəcayişəhr zindanına intiqal edilib.

Səid Şirzad, Həmid Babayi və Məsud Ərəbçubdar hazırda Rəcayişəhr zindanında aclıq aksiyalarını davam etdirir. “Herana” xəbər verir ki, məhbuslar intiqal edilərkən S.Şirzadla bədrəftarlıq olunub, o məmurlar tərəfindən döyülüb.

Qeyd edək ki, S.Şirzad 2014-cü il iyunun 2-də Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına intiqal edilib. O 2012-ci il avqustun 21-də Qaradağda baş verən qağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.
Bu xəbər oxucular tərəfindən 853 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed