Şrift:
“Azərbaycan Sərhəd Qoşunlarının texnika və silah-sursat problemi yoxdur”
06.01.2012 [11:56] - Hərb
Azərbaycan sərhəd mühafizəsində ən müasir texniki vasitələrin tətbiqi istiqamətində işlər aparılır.

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev jurnalistlərə açıqlamasında deyib. E. Quliyev bildirib ki, “2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramı uğurla yekunlaşdırılıb. Sərhəd qoşunları yüngül atıcı silahlar, zirehli texnikalar, uçuş vasitələri, ən müasir helikopterlər, gecəgörmə cihazları, termal kameralarla təchiz olunub: “Bu gün avadanlıq problemimiz yoxdur. Buna baxmayaraq, müasirləşmə tendensiyası davam edir”.
Bu xəbər oxucular tərəfindən 1507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed