Şrift:
Bakıda baş verən dəhşətli yanğında ata və iki oğlu yanaraq ölüb
22.02.2015 [11:42] - Gündəm, Hadisə
Uşaqlardan birinin 7, digərinin 5 yaşı var


Bakının Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət, ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb.

FHN-in saytının verdiyi məlumata görə, yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, ölənlərin ata və onun oğulları olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed