Şrift:
Liviyada silahlılar Qəddafi rejiminə məxsus kimyəvi silahların qalıqlarını ələ keçirib
22.02.2015 [11:58] - Gündəm, Hərb
Liviyada radikal silahlı qruplaşmalar ölkənin keçmiş lideri Müəmmar Qəddafinin rejimindən qalan kimyəvi silah arsenalının bir hissəsini ələ keçirərək ilk sınaqlar keçiriblər.

“TASS”-ın verdiyi xəbərə görə, bu barədə “Əş Şərk əl Ausat” nəşri məlumat yayıb.

Məlumata əsasən, söhbət Liviyanın cənubunda və mərkəzi hissəsində səhrada saxlanılan silahlı maddələrdən gedir. Hərbçilər silahlıların ələ keçirdiyi “qənimət”ləri hökumət qüvvələrinə qarşı istifadə edəcəyindən ehtiyat edir.

Qəzetin məlumatına görə, Ruvaqe şəhəri yaxınlığında kimyəvi silahların məhv edilməsi üçün nəzərdə tutulmuş müəssisə bir müddət “Misurata briqadaları” qruplaşmasının nəzarəti altında olub. Müəssisənin mühafizəçiləri silahlıların ərazini tərk edərkən özləri ilə naməlum həcmdə “iprit” adlı zəhərli maddə aparıblar.
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed