Şrift:
Fevralın 22-sində Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi olub
23.02.2015 [00:13] - Xəbərlər, Gənclik, Bildiriş
Valideynlərin, ictimaiyyət nümayəndələrinin və media əməkdaşlarının iştirakı ilə keçən mərasim hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun DSX-nin şəxsi heyət üzrə baş idarənin rəisi, general-mayor Azad Ələkbərova raportu ilə başlayıb.

A. Ələkbərov şəxsi heyəti salamladıqdan sonra Azərbaycanın Dövlət Himni oxunub və nizamla düzülən gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Daha sonra hərbi hissə komandiri hərbi and içmələri münasibətilə gənc sərhədçiləri DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin adından təbrik edib. Komandir çıxışında Azərbaycanda sərhəd qoşunlarının yaranma tarixindən, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizədə sərhədçilərin əvəzsiz xidmətindən söz açaraq, gənc əsgərlərə sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib.

Tədbirdə çıxış edən A. Ələkbərov, valideynlər və ictimaiyyət nümayəndələri də öz növbələrində dövlət sərhədinin mühafizəsində gənc əsgərlərə uğurlar arzulayıblar.

Tədbir şəxsi heyətin hərbi marşın sədaları altında nizami addımlarla tribuna önündən keçməsi ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed