23.02.2015 [14:28] - Gündəm, Sağlıq
Ölkə başçısının tapşırığına uyğun olaraq Səhiyyə Nazirliyinin əhalinin 2 fevral 2015-ci ildən 1may 2015- ci il tarixinədək ümumi tibbi müayinələrdən keçirilməsi barədə sərəncamının icrası qədim Gəncə şəhərində də uğurla davam edir.Bu gün – Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Gəncə şəhərində yeni salınan qəsəbədə məskunlaşmış, əsasən Xocalı rayonundan olan məcburi köçkünlərin və qəsəbə sakinlərinin tibbi profilaktik müayinələri keçirilib.Ümumilikdə ,30 nəfərə yaxın -həkim mütəxəssisin daxil olduğu briqadaya terapevt,pediatr,cərrah,onkoloq,endokrinoloq,mama-ginekoloq,kardioloq,infeksionist və digər həkimlər daxildir.Müayinələr 2 USM aparatı,qlükometr,səyyar rentgenoflüoqrafiya aparatı.EKQ,laboratoriya aparatları vasitəsilə aparılıb. Aşkar olunan xəstəliklərlə bağlı vətəndaşlara həkim məsləhətləri verilib,aidiyyatı üzrə dərinləşmiş müayinə və müalicə üçün Gəncədə fəaliyyət göstərən xəstəxanalara göndəriliblər.
Xocalı sakinlərindən Sevinc Quliyeva,Şəhriyar Hüseynov,Səmayə Məmmədova,Afət Əliyeva ,Novruz Məmmədov və başqaları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.Hər zaman onlara kömək və dayaq olan Gəncə şəhər rəhbərliyinə təşəkkur ediblər.
Gəncə şəhər Səhiyyə İdarəsinin baş həkimi Əlikram Məmmədov bildirib ki,qəsəbədə 2200 nəfərdən çox məcburi köçkün və qaçqın əhalisi yaşayır.Onlardan 1270 nəfərə yaxını Xocalıdandır.Bu gün 1600 nəfərdən çox vətəndaş müayinə olunub,onlardan 45 nəfəri dərinləşdirilmiş tibbi xidmət üçün Gəncə şəhərinin ixtisaslaşdırılmış klinikalarına göndərilib,daha ciddi xəstəliklər aşkar olunarsa xəstələr Bakı şəhərinin müvafiq klinikalarına göndəriləcəklər.
Qeyd edək ki,şəhər Səhiyyə İdarəsində öncədən tərtib olunmuş cədvəllər əsasında şəhərin 18 yaşdan yuxarı əhalisinin 32635 nəfəri baxış və müayinələrdən keçib.Profilaktik tibbi müayinələr 1,2,3,5 və 6 saylı ərazi poliklinikaları tərəfindən aparılır.

Bu xəbər oxucular tərəfindən 1075 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |