Şrift:
Qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin Fransa Senatında müzakirə olunacağı tarix açıqlanıb
06.01.2012 [13:41] - Xəbərlər
Fransa Senatı parlamentin aşağı palatası tərəfindən qəbul edilmiş “erməni soyqırımı”nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini yanvarın 24-də müzakirəyə çıxaracaq.

Bu barədə Ermənistanın “News.am” xəbər saytı Parisdəki mənbələrinə istinadən məlumat yayıb.

Xatırladaq ki, Fransa Milli Assambleyası ötən il dekabrın 22-də “erməni soyqırmı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu addım Türkiyə ilə Fransa arasında gərginliyə səbəb olub.
Bu xəbər oxucular tərəfindən 1296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed