23.02.2015 [14:34] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Birinci yazıda Eldar İsmayıl yaradıcılığına poetik yanaşmada anafora haqqında fikir qeyd etmişdim. Şair “Mənim üçün Ermənistan yoxdu, yox” şeirində də hər bəndin axırında bu misranı təkrarlamaqla anaforadam istifadə edib öz haqq etirazını ünlü-sədalı formada çatdırmışdır. Eldar İsmayıl poeziyasında orijinal bədii lövhələr ən çox xalqın dərd-sərindən qaynaqlanır, vətəninə, xalqına son dərəcə bağlılıqdan meydana gəlir. Şairin bir şeirinə də nəzər yetirək. Türk şeiriyyətində hələ qədim dövrlərdən gələn bir “Qarğış” bədii növü vardır. Bu növdə-qarğış bayatılara da çox rast gəlmək olur. Burada əsasən nida fraza-ifadələr işlətməklə həqiqətin qarşısını kəsən guruhlara kəskin etiraz bildirməkdir. Şairin həmin qarğış növündə- “Övladıma” şeiri də vətənə, xalqa müqəddəs övlad borcunu unutmamağa səsləyən bir hərbi marşdır.
ÖVLADIMA
Məni zəlalətə salan,
Mənə həqarət eləyən
Düşmənimə lənət dedim,
Lənət olsun,
Yenə lənət!
Düşmənlərin törətdiyi
Qırğınları, talanları,
İşğalları, zülümləri
Mən unutsam,
Mənə lənət!
Ey övladım,
Qarabağın sinəsinə
Düşmən çəkən o dağları,
Şuşa kimi inciləri...
Qəsb edilən torpaqları
Sən unutsan,
Sənə lənət!
Eldar İsmayılın poeziyasında sevgi-məhəbbər mövzulu bədii təqlidlərində təfəkkürün bədii- fəlsəfi təqdimi “Gözəl” adlı bir şeirində antonim formasında təzadlar şəkilində verilməsi də orijinal görüntüyə malikdir.
GÖZƏL
Bir xanım dərdimin əlacın dedi,
Məsləhətmi gözəl, dərmanmı gözəl?
Quruldu yolumda bir dar ağacı,
Ölümmü şərəfli, amanmı gözəl?
İstədim bir pünhan sirri gizlədim,
Bir mətləb bulunca durub gözlədim...
O çatma qaşları nəyə bənzədim,
Hilalmı bənzərsiz, kamanmı gözəl?
Alışan ürəyim çaxmaq qovumu,
Bir sevgi hilləti, mərəz hovumu?
Ovlaya bilmədim mən öz ovumu,
Ovçumu naşıdı, ceyranmı gözəl?
Atəşdi, zillətdi eşqin ağrısı,
Bitib tükənərmi sevda qayğısı...
Məni də bürüyüb hicran yanğısı,
Yandıranmı haqlı, yananmı, gözəl?
Nədən qılınc olub sıyrıla bilmir,
Öpüb dilbərinə sarıla bilmir...
Bu dəli sevdadan ayrıla bilmir,
Eldarmı divanə, hicranmı, gözəl?
Mövzunun ardı III yazıda davam edəcək....
ÖVLADIMA
Məni zəlalətə salan,
Mənə həqarət eləyən
Düşmənimə lənət dedim,
Lənət olsun,
Yenə lənət!
Düşmənlərin törətdiyi
Qırğınları, talanları,
İşğalları, zülümləri
Mən unutsam,
Mənə lənət!
Ey övladım,
Qarabağın sinəsinə
Düşmən çəkən o dağları,
Şuşa kimi inciləri...
Qəsb edilən torpaqları
Sən unutsan,
Sənə lənət!
Eldar İsmayılın poeziyasında sevgi-məhəbbər mövzulu bədii təqlidlərində təfəkkürün bədii- fəlsəfi təqdimi “Gözəl” adlı bir şeirində antonim formasında təzadlar şəkilində verilməsi də orijinal görüntüyə malikdir.
GÖZƏL
Bir xanım dərdimin əlacın dedi,
Məsləhətmi gözəl, dərmanmı gözəl?
Quruldu yolumda bir dar ağacı,
Ölümmü şərəfli, amanmı gözəl?
İstədim bir pünhan sirri gizlədim,
Bir mətləb bulunca durub gözlədim...
O çatma qaşları nəyə bənzədim,
Hilalmı bənzərsiz, kamanmı gözəl?
Alışan ürəyim çaxmaq qovumu,
Bir sevgi hilləti, mərəz hovumu?
Ovlaya bilmədim mən öz ovumu,
Ovçumu naşıdı, ceyranmı gözəl?
Atəşdi, zillətdi eşqin ağrısı,
Bitib tükənərmi sevda qayğısı...
Məni də bürüyüb hicran yanğısı,
Yandıranmı haqlı, yananmı, gözəl?
Nədən qılınc olub sıyrıla bilmir,
Öpüb dilbərinə sarıla bilmir...
Bu dəli sevdadan ayrıla bilmir,
Eldarmı divanə, hicranmı, gözəl?
Mövzunun ardı III yazıda davam edəcək....
Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |