Şrift:
İran və ABŞ nümayəndələri Cenevrədə nüvə danışıqları aparırlar
24.02.2015 [00:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Razılığın əldə olunması üçün möhlət iyulun 1-də bitir

23 fevral 2015-ci il tarixində ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq məqsədilə ikinci dəfə görüşüblər. Müvəqqəti razılaşmanın əldə edilməsi üçün son möhlət tarixi yaxınlaşır.

Cenevrədə keçirilən danışıqlarda İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi və ABŞ Enerji Katibi Ernest Moniz də iştirak edib.

ABŞ və İran vasitəçiləri cümə günündən bəri görüşlər keçirirərək İran və dünyanın altı ən güclü dövləti arasında hərtərəfli razılığın əldə olunmasına maneəçilik törədən texniki mübahisələri həll etməyə çalışırlar.

Hər iki tərəf çərçivə sazişi əldə etmək məqsədilə qarşı tərəfə martın 24-ə, davamlı razılıq əldə etmək üçün isə iyulun 1-ə dək möhlət verib.

Bu razılıq nəticəsində İran nüvə fəaliyyətlərinin sülhpərəst olduğunu təmin edəcək, əvəzində isə ona qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed