24.02.2015 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Manqurdlaşmış bir şəxsin nə qədər rəsmi rütbəsi yüksəlsə də, o zaman içində öz mahiyyətini brüzə verir.
Ərdəbilin sözdə millət vəkili, rejimin əlaltısı Mənsur Həqiqətpur soyadının tərsinə olaraq həqiqətdən kənar danışıb. O Azərbaycanın dili və milli kimliyi ilə bağlı gülünc iddialarda bulunub: “Bizim ana dilimiz, azəri ləhcəsi ilə fars dilidir. Lakin səlcuqların İrana gəlişi və onların Azərbaycana hakim olması nəticəsində türk dili bölgədə yayıldı.”
Rejimin millət vəkili Dünya Ana Dili Gününə işarə edərək İranın əsas dilinin fars dili olduğunu vurğulayıb: “Əslində divan, milli və mətbuat dilimiz fars dilidir, lakin yerli dili öyrənmək və o dildə danışmağa qadağa yoxdur.”
Bundan öncə “biz türk deyilik, ancaq türk dilində danışırıq” deyən Həqiqətpur bu dəfə belə deyib: “Türk dili bizim ana dilimiz deyil. Bizim ana dilimiz azəri ləhcəsi ilə fars dilidir. Azəri adında dil yoxdur, azəri ləhcəsi isə hazırda aradan gedibdir. Və onun aradan getməsinin səbəbləri elmi şəkildə araşdırılmalıdır. Lakin bizim indiki dilimiz türk dilidir, hansıki ərəb və fars dili ilə qarışıb. Kürd, gilək, azəri, lor və bu kimiləri dil adlandırmaq olmaz, onların hamısı fars dilinin ləhcələridir.”
Rejimin əlaltısı türk dili və ədəbiyyatı mədəniyyət mərkəzinin (fərhəngistan) yaradılmasına da qarşı olduğunu dilə gətirib: “Türk dili mədəniyyət mərkəzinin yaradılması böyük bir elmi və tarixi səhvdir, bu bir siyasi hərəkətdir. Bu mərkəz əsas dilləri türk dili olan Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrdə yaranmalıdır.”
O Azərbaycan türklərinin İran kökənli olduğunu və dünya türkləri o cümlədən qazax, özbək və qırğızların bir hissəsini türk kimi qələmə verib.
Qeyd edək ki, Mənsur Həqiqətpur Mahmud Əhmədinejad dövründə Ərdəbilin valisi olub. O anti-Azərbaycan və anti-türk siyasəti ilə seçilir və əhali arasında bir manqurd kimi tanınır. Rejim tərəfindən guya millət vəkili kimi təqdim olunan Həqiqətpur “azəri”, “türk”, “fars” və “İran” məfhumlarını o qədər reallıqdan uzaq bir şəkildə işlədib ki, artıq onların nə qədər yalnış olduğu ilə bağlı izaha ehtiyac görmürük.

Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |