Şrift:
Fars şovinistləri Firdosinin heykəlini Salmas Bələdiyyəsi tərəfindən qaldırılmasını həzm edə bilmir
24.02.2015 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir neçə gün öncə Güney Azərbaycanın Salmas şəhərinin Bələdiyyəsi bu şəhərdə Firdovsi meydanını ləğv edərək, tarixi fars irqçisinin heykəlini qaldırdı. Bu hadisədən sonra fars şovinistləri etiraza qalxdılar.
Son məlumata görə, İranın tarix və mədəniyyəti, həmçinin fars dili və ədəbiyyatının ustadları Firdosişünaslarla birlikdə Salmas Bələdiyyəsinin şəhər əhalisinin istəyi əsasında etdiyi müsbət hərəkətinə kölgə salmağa çalışıb. Onlar İranın Milli Təhlükəsizlik Şurası, ölkə prezidenti və Qərbi Azərbaycan Valisinə etiraz məktubu yazıblar.

21 nəfər imzalayan Məktubda Azərbaycan Milli Hərəkatı fəallarına qarşı hücum olur və deyilir: “Bu tarixi simvola hər hansı bir diqqətsizlik İranın bütövlüyü və kimliyinə qarşı düşmənlikdir və bölücülər üçün fürsətdir.”

Məktubda bununla yanaşı bildirilir ki, “Firdosini Şahnamə əsəri ilə iranlıların milli kimliyi və bütövlüyünü əbədi edib”. Halbu ki, Firdosi Azərbaycan türkləri üçün bir irqçi və türk kimliyinə saldıran bir şəxsdir.

Keçəm günlərdə 1188 nəfər ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) əlatıları da Salmas Bələdiyyəsinə etiraz edərək Firdosinin heykəlinin bərpasını Tələb ediblər. Bundan öncə SEPAH-a bağlı olan “Azəriha” və “Vətənxahan” kimi saytlar da öz etirazlarını bildirmişdilər.

Qeyd edək ki, Salmas Bələdiyyəsinin bu müsbət əməlinə etiraz edənlərin təxminən hamısı yerli olmayan şəxslərdir. Hətta onların arasında hazırda xaric ölkələrdə yaşayan çoxsaylı səltənətçi fars şovinistləri var.
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed