24.02.2015 [16:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İki gün öncə 21 Fevral – Dünya Ana Dili Gününü qeyd etdik. Bu önəmli günlə bağlı tədbirlərin həyata keçirildiyi bir vaxtda, 2013-cü il may ayının 30-da (1392-ci il xordadın 9-da) Həsən Ruhaninin prezidentliyə namzəd olduğu dönəm millətlər, din və məzhəblərin hüququ haqda Bəyanatını xatırlamaq piz olmazdı.
Həsən Ruhani prezident seçilsə də, verilən vədlərin təxminən heç biri yerinə yetirilməyib.
Bəyanat bundan ibarət olub:
3-cü Bəyanat - Qövmlər, din və məzhəblərin hüququ
ALLAHın adı ilə
İranın böyük əhalisi, dəyərli bacı və qardaşlar!
Bizim əziz İran iqlim, qövm, dil, din və məzhəblərdən ibarət bir bağçadır. Hazırda 11-ci prezident seçkiləri tarixi bir fürsət sağladığına görə, mən söz verirəm ki, rəy qazanarsam anayasadakı bəzi qanunları - hansıki, İslam Cümhuriyyətinin müqəddəs hədəflərindən sayılır – onları şüardan əmələ keçirəm. Biz onda iranlıların iştirakı ilə azad və abad bir İranın şahidi olacayıq.
1- Ümid və tədbir dövləti ayrı-seçkiliyi aradan qaldırmaq məqsədi ilə anayasanın 3, 12, 15, 19, 22 və s. kimi əsllərin icrası üçün lazımi qanunlar hazırlayacaq.
2- Dil və məzhəbdən asılı olmayaraq hər kəs ölkə idarəçiliyində iştirak etməli və bütün idari və siyasi səthlərdə qabliyyəti olanlar üstün tutulmalıdır. Bu şəkildə həmvətənlərimiz bərabər bir şəkildə bütün səthlərdə nazirlər kabinetinə qədər iştirak etmək imkanı qazanacaq.
3- Ölkənin müxtəlif bölgələrində qabliyyəti olan yerli qüvvələr idarəçiliyə cəlb olunacaq və bölgələrin icra işləri dövlət siyasəti çərçivəsində onlara tapşırılacaq.
4- Anayasanın 15-ci əslinə əsasən iranlıların ana dilinin (kürdcə, azəricə, ərəbcə və s.) tədrisi rəsmi şəkildə məktəb və universitetlərdə icra olunacaq.
5- İranlı qövmlərin ədəbiyyat və mədəniyyəti gücləndiriləcək və İranın bir qədim irsi kimi onların məhv olmasının qarşısı alınacaq.
6- Digər din və məzhəblərə mənsub vətəndaşların hüququ riayət olunacaq, onların dini və məzhəbi işlərinə müdaxilə olunmayacaq və onlara bərabər bir şəkildə dini mərasimlərinin icrası üçün imkan yaradılacaq.
7- Məhrum bölgələr, xüsusi ilə müharibə dövründə ziyan görmüş vilayətlərin (ostan) inkişafı üçün çoxlu büdcə ayrılacaq. O bölgələrdə abadlıq işləri, iqtisadi, mədəni-ictimai və s. kimi sahələrdə elmi araşdırmalar aparılacaq, uzun və qısa müddətli proqramlar hazırlanacaq.
8- Yersiz ayrı-seçkiliklər bütün forma və ölçülərdə aradan qalxacaq.
9- Bölgələrin maddi və insanı gücündən düzgün yararlanmaq məqsədi ilə İranın qövm və mədəniyyətlərinə təhlükəsizlik baxışı dəyişəcək və siyasi-təhlükəsizlik metodları elmi və yararlı idarəçiliklə əvəzlənəcək.
10- Yuxarıda qeyd olunan hüquqların həyata keçirilməsi üçün prezidentin müavinlərinin birinə bu zəmimdə planlaşdırma məsuliyyəti veriləcək.
Mətndə millət sözünün yerinə qövm sözü istifadə olunur və bu da İran rəhbərlərinin ənənəvi təhrifi kimi qəbul olunur. Buna baxmayaraq hazırda Həsən Ruhaninin prezident olduğu müddətdən kifayət qədər keçir, indi hər kəs onun bu vədləri ilə real durumu müqayisə edə bilər!
GünAz TV

Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |