24.02.2015 [20:12] - Xəbərlər, Sağlıq
Bakıda satılan qarğıdalı çubuqlarının içərisindən ölü siçan balası çıxıb. "DAVAM" Media Qrupu ans press-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və foto paylaşılıb.
Məlumata görə, “Tık-Tık xanım” adlı qarğıdalı çubuğunun içindən çıxan siçan balası ölmüş vəziyyətdə olub.
Məsələni araşdırmaq üçün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası ilə əlaqə saxladıq. Qurumun müdiri İmran Abdullayevin verdiyi məlumata görə, məsələ araşdırılacaq.
“Əgər belə hal baş verərsə, bu zaman şikayətçi bizə məlumat verməlidir. Yaxşı olar ki, həmin məhsulu da özlərilə gətirsinlər”, – deyə İ.Abdullayev bildirib.

Bu xəbər oxucular tərəfindən 1304 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |