24.02.2015 [22:53] - Siyasət, Özəl xəbər
Razi Nurullayev: “Həmin səfirliklər siyasətçiləri dinləyir”
Əli Kərimovun kommersiya partiyasını tərk edən sabiq müavini Razi Nurullayev diplomatik qalmaqala səbəb ola biləcək iddialar irəli sürüb.
Fevralın 24-də keçirdiyi mətbuat konfransında o bildirib ki, Əli Kərimov onu müavinlikdən çıxarmazdan əvvəl evinə çağırıb və görüş zamanı tərəflər arasında mübahisə olub: “Məni şantaj edərək dedi ki, onda dəqiq məlumat var ki, mən hakimiyyətə işləyirəm və hakimiyyətdə dostlarım var. Əli Kərimli mənə dedi ki, “sən hakimiyyətə satılmısan, əlimdə bununla bağlı faktlar var”. Əli Kərimov dedi ki, hətta Amerika və Britaniya səfirlikləri bununla bağlı ona məlumat veriblər. Mən bu deyilənlərdən narahatam. Bu, o deməkdir ki, həmin səfirliklər siyasətçiləri dinləyir. Mən bu fikirlə bağlı həmin iki səfirliyə dünən məktub göndərmişəm. Bu gün də buradan müraciət edirəm. Necə ola bilər ki, onlar məni dinləyir və bununla bağlı Əli Kərimliyə məlumat ötürürlər? O, məni müavinlikdən azad edəndən sonra Amerika səfirliyinə görüşə gedəcəyini dedi. Bu məsələyə aydınlıq gətirilməlidir. Bu, məni narahat edir, çox narahatedici bir faktordur”.
R.Nurullayevin ABŞ və İngiltərə səfirliklərinin siyasətçiləri dinləməsi ilə bağlı dedikləri insanların özəl həyatına kənar müdaxilənin asan olması barədə müzakirələri yenidən aktuallaşdırıb. Yəni belə anlaşılır ki, lazım olduğunda istənilən şəxsi, istənilən vaxt dinləmək mümkündür.
Əksər ekspertlər də bildirirlər ki, kəşfiyyat orqanlarının xarici ölkələrin liderlərini dinləməsi artıq adi hal kimi qəbul olunur. Onlar üçün müxtəlif dövlətlər barədə xəbər toplamaq, xüsusən də, məxfi danışıqları əldə etmək vacib məsələdir. Həmçinin, kəşfiyyat orqanları telefona qulaq asa və efiri dinləyə bilər. Dar çərçivədə danışıqları dinləmək bir qədər çətin olsa da, mümkünsüz də deyil.
Ekspertlər qeyd edirlər ki, icazəsiz dinləmələrdən yayınmaq müşkül məsələdir. Çünki yüksək inkişaf etmiş texnoloji vasitələrdən istifadə edən dövlətlərin kəşfiyyatları bu işi hər bir halda həyata keçirməyə çalışırlar. Qeyd edək ki, bu cür məqamlar vaxtilə “WikiLeaks”də açıqlanan məlumatlarda da yer almışdı.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, dünyanın hər bir yerində dinləmə praktikaları var: “Hətta dinləyəndə belə, bunu kiməsə demirlər. Ona görə ki, bunu demək, öz üzərinə götürmək casusluq fəaliyyəti ilə məşğul olduğunu etiraf etmək deməkdir. Heç vaxt hansısa səfırlik bunu boynuna almaz. Telefon danışıqlarını dinləməksə, mümkündür. Çünki bu, texniki bir məsələdir. Bir çox ölkələrin belə imkanları var. Amma bu, elə də asan deyil. Amma telefon danışıqları informativ olmaya da bilər. Hansısa bir kəşfiyyat fəaliyyətində bu, sadəcə, bir məqamdır. Çünki kəşfiyyat fəaliyyəti üçün yalnız telefon dinlənməsi kifayət etmir”.

Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |