Şrift:
Suriya paytaxtında baş verən terror akt nəticəsində 26 nəfər ölüb, 63 nəfər yaralanıb
06.01.2012 [17:11] - Gündəm
Dəməşqin mərkəzində səhər saatlarında gerçəkləşdirilən terror aktı nəticəsində 26 nəfər ölüb, 63 nəfər yaralanıb.

Bu rəqəmləri daxili işlər naziri Məhəmməd əş-Şaar açıqlayıb. O, həlak olanlardan 15 nəfərin şəxsiyyətinin müəyyənləşmədiyini bildirib. Qeyd edək ki, terror aktı Midan rayonunda polis məntəqəsinin yaxınlığında gerçəkləşdirilib. Kamikadze partlayıcı qurğunu polislər xidməti avtobusdan düşən zaman işə salıb. Terror aktına görə hələlik heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.
Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed