Şrift:
İran rəsmisi Ölkədə azad siyasi atmosferin olmamasını etiraf edi
25.02.2015 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Ölkədə azad siyasi atmosferin yaranması Ruhaninin səlahiyyətində deyil”

İran Ətraf Mühiti Mühafizə Təşkilatının rəisi Məsumə Ebtikar, hökumətin siyasi həbsləri, o sıradan da 4 ildir ev dustaqlığında saxlanan “yaşıl hərəkat” liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qoyulan həbsi aradan götürməyə cəhd göstərməsindən danışıb.
Məsumə Ebtikar deyib ki, Həsən Ruhani hökuməti ölkədə açıq siyasi atmosferin yaranmasına cəhd göstərir: “Hökumət bütün həbslərin, eləcə də, ev dustaqlığında saxlanılan şəxslərin üzərindən həbsin götürülməsinə, ölkədə açıq və azad bir siyasi mühit və atmosferin yaranmasına çalışır. Lakin bir məsələ var ki, bütün bunlar Ruhaninin səlahiyyətində deyil. Hesab edirik ki, bunun gerçəkləşməsi üçün digər qrumlar da hökumətə yardım göstərməlidir”.

Məsumə Ebtikar, Ruhaninin prezident seçkisi zamanı vətəndaşlara verdiyi vədlərinə toxunub: “Ölkə prezidenti həmişə deyib ki, o, seçicilərinə və digər vətəndaşlara verdiyi vədlərinə sadiqdir. Vədlərin yerinə yetirilməsi təxirə salınsa da, Ruhani verdiyi bütün vədləri yerinə yetirəcəyini bildirib”.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed