Şrift:
Nüsrət Hüseynoğlu- Sonda qalib Türk olacaq
25.02.2015 [16:45] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Bu şeirdə Nüsrət bəy tarixə nəzər salaraq Türkün zəfərli və düzənli tarixinə güvənərək bədii dillə Türkə düşmən guruhun üzərində ədalatin qalib gələcəyi tezisini irəli sürür. Nüsrət bəyin istinad etdiyi məqamlar bəşəriyyət tarixində “xaç yürüşü”nün Türk igidləri və bahadırları tərəfindən bu vəhşi planların qarşısının almasını xatırladır. Şeirdə verilən pafoslu bədii boyalar və lövhələr qara guruhlara həqiqətin, ədalətin yenilməzliyini yada salır...

SONDA QALİB TÜRK OLACAQ!

Zülmətlərdə yatsa baxtı,
Boş qalsa da tacı-taxtı,
Gəlib keçər yatan vaxtı...
Düşmənlərdən öc alacaq
Sonda qalib Türk olacaq!

Parçalanıb Turan eli.
Yurddan axır kafir seli,
Qırılacaq şərin beli...
Xaç atası saç yolacaq,
Sonda qalib Türk olacaq!

Bölünsə də min bir ada,
Böyük Turan düşür yada...
Boz qurd bir də çatıb dada,
Yolumuza iz salacaq,
Sonda qalib Türk olacaq!

Türk soyları boynu bükük,
Qan ağlayır Şuşa, Kərkük,
Ayılacaq, qalxacaq Türk,
Məqamına ucalacaq,
Sonda qalib Türk olacaq!

Özünə əl qaldıranda,
Gücü batdı “Çaldıran”da...
Ərlər gücün qaytaranda
Kədər yanıb, qəm solacaq,
Sonda qalib Türk olacaq!

Dərdlər əymədi qəddini,
Hər kəs bilər öz həddini...
Axır aşıb “Çin səddi”ni
Zəfər marşın tək çalacaq,
Sonda qalib Türk olacaq!

Durulaşıb bərkişəcək,
Türkün özü türkləşəcək...
Daha dərin kökləşəcək,
Türk başına Türk dolacaq,
Sonda qalib Türk olacaq!


Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.

Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed