Şrift:
Şərif universitetində Dünya Ana Dili Günü imərasimi İranın Milli Təhlükəsizlik Şurası tərəfindən ləğv edilib!
26.02.2015 [01:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhaninin bütün şüarlarına rəğmən Azərbaycan məsələsinə təhlükəsizlik baxışı dəyişməyib!
Əldə etdiyimiz məlumata görə, Şərif Teknoloji Universitetinin məsulları azərbaycanlı öyrəncilərə bildirib ki, Dünya Ana Dili Günü mərasimi ilə bağlı qəbul edilən razılıq qərarı Milli Təhlükəsizlik Şurası tərəfindən ləğv edilib. Həmin orqan məktub göndərərək bu qərarın ləğv edilməsini tələb edib.

Bildirək ki, Dünya Ana Dili Günü münasibəti ilə keçirilməsi nəzərdə tutulan mərasim fevralın 25-də Tehranın Şərif Universitetində keçirilməli idi.

Bundan öncə də təxminən 1000 nəfər azərbaycanlı fəalın mərasim keçirməklə bağlı tələbi rədd edilmişdir. Tehran, İslamşəhr və Təbriz şəhərlərində türklərə mərasim icazəsi verilməyib.

Qeyd edək ki, İran rejiminin bu kimi qadağaları dünya ictimaiyyəti üçün nə qədər inanılmazdırsa, azərbaycanlılar üçün o qədər tanış bir qərardır. Bu yanaşma Pəhləvi rejimi zamanı necə idi sə, İslam Cümhuriyyəti dövründə də eyndir.
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed