27.02.2015 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Salmas şəhərinin Bələdiyyəsi fars irqçilərinin təzyiqlərinə tab gətirə bilmədi. Bu, Salmas Bələdiyyəsi yaydığı Bəyanatda məlum olub.
Keçən günlərdə Bələdiyyə tərəfindən Salmasda “Firdosi meydanı”nın adı dəyişdirilib və irqçi kimi tarixə düşən Firdosinin heykəli qaldırılmışdır. Son məlumata görə, Salmas Bələdiyyəsi bu barədə Bildiri yayıb. Bildiridə qeyd olunub ki, “Qərbi Azərbaycan valisinin göstərişi əsasında Firdosinin heykəli həmin meydanda yenidən bərpa ediləcək... .”
Salmas Bələdiyyəsinin sosial sifariş əsasında verdiyi qərarın qısa müddətdə ləğv edilməsi sözsüz ki, fars irqçilərinin sifarişi və təzyiqi ilə olub.
Xatırladaq ki, Salmas Bələdiyyəsinin bu müsbət əməli irqçi və şovinist qrupların geniş etirazına səbəb olubdur.İranın tarix və mədəniyyəti, həmçinin fars dili və ədəbiyyatının ustadları Firdosişünaslarla birlikdə Salmas Bələdiyyəsinin bu hərəkətinə kölgə salmağa çalışdılar. Onlar İranın Milli Təhlükəsizlik Şurası, ölkə prezidenti və Qərbi Azərbaycan Valisinə etiraz məktubu yazdılar. 21 nəfərin imzaladığı məktubda Azərbaycan Milli Hərəkatı fəallarına qarşı hücum edilib və deyilmişdir: “Bu tarixi simvola hər hansı bir diqqətsizlik İranın bütövlüyü və kimliyinə qarşı düşmənlikdir və bölücülər üçün fürsətdir.”
Məktubda bununla yanaşı bildirilib ki, “Firdosini Şahnamə əsəri ilə iranlıların milli kimliyi və bütövlüyünü əbədi edib”. Halbu ki, Firdosi Azərbaycan türkləri üçün bir irqçi və türk kimliyinə saldıran bir şəxsdir.
Həmçinin keçən günlərdə 1188 nəfər ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) əlatıları da Salmas Bələdiyyəsinə etiraz edərək Firdosinin heykəlinin bərpasını Tələb ediblər. Bundan öncə SEPAH-a bağlı olan “Azəriha” və “Vətənxahan” kimi saytlar da öz etirazlarını bildirmişdilər.

Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |