Şrift:
ABŞ Konqresmeni Pit Olson Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı bəyanat verib
27.02.2015 [10:18] - Xəbərlər, Diaspor
Texasdan olan ABŞ Konqresmeni Pit Olson ABŞ Konqresində Xocalı Faciəsinin 23-cü ildönümü münasibətilə bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən daxil olan məlumata görə, konqresmen 1992-ci ilin 26 fevral tarixində Azərbaycan torpağı olan Xocalıda erməni qüvvələri tərəfindən qətliam törədildiyini və nəticədə 613 mülki şəxsin öldürüldüyünü bildirib.

Konqresmen Olson ötən müddət ərzində Azərbaycanın uğurlu və iqtisadi baxımdan çiçəklənən ölkəyə çevrildiyini deyib. O, Azərbaycanın çox əhəmiyyətli geosiyasi məkanda ABŞ-ın etibarlı tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın İsrail ilə olan yaxın tərəfdaşlığını qeyd edib.

Konqresmen Olson 25 fevral tarixində ABŞ Konqresində Xocalı faciəsinin 23-ci ildönümü münasibətilə keçirilmiş anma mərasimində iştirak etmiş və faciə barədə ətraflı danışmışdır.
Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed