27.02.2015 [10:38] - Gündəm, Sosial
"British Airways” aviaşirkəti Azərbaycandan olan turistlərə endirimli qiymətlərlə səyahət etməyə imkan verən yeni bahar kampaniyasına start verib.
Güzəştli aviabilet qiymətləri “Club World” və “World Traveller” sinifləri ilə səyahət edən sərnişinlərə şamil olunur. Kampaniya çərçivəsində Azərbaycandan olan turistlər 2015-ci ilin iyun ayının 30-dək səyahət edə biləcəklər. Azərbaycandan Böyük Britaniya və Avropaya olan aviabiletlərin qiyməti 484 avrodan, ABŞ və Kanadaya isə 674 avrodan başlayır.
Bundan başqa, yaz tətilini ailənizlə birlikdə zövqlü keçirməyiniz üçün “British Airways”ın mütəxəssisləri valideyn və uşaqlara ən uyğun olacaq istirahət məkanlarının siyahısını hazırlayıblar.
“British Airways”ın mütəxəssislərinin rəyinə əsasən, Los Anceles (Kaliforniya), Milan (İtaliya), Vaşinqton (ABŞ), Toronto (Kanada) və Cersi adası (Böyük Britaniya) 2015-ci ildə yaz tətilini keçirmək üçün ən yaxşı məkanlar sırasındadır.
Aktiv istirahət növləri, əfsanəvi Hollivud cazibəsi, mənzərəli çimərliklər və hər yaşa uyğun dünyaca məşhur əyləncələr – bütün bunları Los Ancelesdə tapa bilərsiniz. “Tanınmış Santa Monika bulvarında gəzişmədən, Vestvudda “Diddy Riese”də “Pier”ə baş çəkərək ən yaxşı dondurmanı dadmadan və ya dəbdəbəli çimərliklərdən birində dincəlmədən Los Ancelesə səyahəti bitmiş saymaq olmaz”, - deyə “British Airways”ın səyahətlər üzrə meneceri Aleks Perez bildirib.
Milan qonaqlarını çeşidlərin bolluğu ilə təəccübləndirir. Azərbaycandan gələn turistlər İtaliya tətillərini dəb, incəsənət və tarixdən zövq alaraq keçirə bilərlər. “British Airways”ın səyahətlər üzrə meneceri Syuzan Qellatley təklif edir: “Dizayner mağazaları, outlet mağazalarında alış-veriş həvəskarları və ya “bit bazarlarında” daş-qaş axtarışında olmağı sevən dəb biliciləri üçün Milan mükəmməl bir məkandır”. Milanda nahar etmək təkrarolunmaz bir həzdir – “Roqus-Rosticceria Di Qualita Del Sud”da pizza və ya “La Gelateria Della Musica”da italyan dondurması dadmaq özəl bir hissdir.
Vaşinqtona səyahət tarix və siyasətlə yanaşı aktiv gecə həyatı, dünyaca məşhur mətbəx nümunələri, gözəl park və bağları özündə birləşdirir. “Ağ ev və Pentaqon kimi məşhur tikililərdən başqa bu cəzbedici şəhərdə daha nələrin olduğunu kəşf edin. Penn Quarter küçəsindəki səs-küy, “Woodley” parkındakı sakitlik, 24 saat oyaq olan Adams Morqan rayonu və şəhərin digər hissələrində hər kəs özünə uyğun bir şey tapa bilər”, - Aleks Perez bildirir.
Kanadada əhalinin ən sıx məskunlaşdığı şəhər olan Toronto ağcaqayın siropu və xokkeyə görə məşhurdur. Aleks Perez Torontoda kaskad suların yaratdığı möhtəşəm pərdəni görmək üçün Niaqara şəlaləsinə getməyi və Kanadanın ən hündür tikilisi olan “CNN Tower”dən açılan füsunkar mənzərədən zövq almağı məsləhət görür.
Nəhayət, Böyük Britaniyaya səyahət etməyi planlaşdırarkən Cersi adasını nəzərdən qaçırmayın. ”Siz macəra və ya istirahət etmək üçün münasib bir yer axtarırsınızsa, Cersi adasına gəlməklə mütləq istəyinizə nail olacaqsınız. Cersi adasında sizin 27 füsunkar çimərlikdə, ailəvi istirahət üçün isə St. Brelade körfəzində dincəlmək, mənzərəli qolf meydançasında aktiv şəkildə istirahət və “Michelin” ulduzu ilə təltif olunmuş restoranlarda nahar etmək imkanınız var”, - deyə “British Airways”ın istiqamətlər üzrə meneceri Robin Anderson qeyd edib. Cersi adasına uçuşlar Londonun “Gatwick” hava limanından həyata keçirildiyindən Azərbaycandan olan turistlər adaya uçuşdan öncə Böyük Britaniyanın paytaxtına da səfər edə bilərlər.
“British Airways”ın London və digər şəhərlərə uçuş cədvəli ilə ba.com saytında tanış olmaq mümkündür. Burada sərnişinlər ən ucuz qiymətləri tapıb, eyni zamanda onlayn şəkildə aviareysi bron edib, biletin qiymətini ödəyib və reysə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, “British Airways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir. Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir. Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir. Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır. “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir. "British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır. “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb.

Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |