Şrift:
Fransada “Qacar” adlı otomobil bazara çıxarıldı (foto)
28.02.2015 [02:11] - Gündəm, Hadisə, Bildiriş
Türk tayfalarının adından istifadə edən avtomobil şirkətlərinin siyahısına biri də əlavə oldu.
Məlumata görə, Renault avtomobil şirkəti yeni model avtomobilini “Qacar” adlandırıb.

Türk tayfasının adı olan “Qacar”, Fransız dilində “Kadjar” kimi yazılır. Yeni buraxılan avtomobilin adı da “Kadjar”dır. Lakin Şirkət elan edib ki, KAD sözü quad adlı dördtəkərli maşın, JAR isə cəld mənası verən agile və püskürmə mənası verən Jaillir sözlərinin birləşməsindən yaranıb. Ancaq şirkət belə bir mənasız əlaqələndirməyin barəsində əlavə məlumat verməyib. Ona görə də, İran və digər ölkələrin iqtisadi təhlilçiləri bu barədə öz təhlillərini bildiriblər. Onların fikrinə görə, “Kadjar” sözü elə “Qacar” deməkdir və onlar bu adı seçməklə İran bazarına nüfuz etmək istəyiblər.
Fransada “Qacar” adlı otomobil bazara çıxarıldı (foto)

Ehtimal olunur ki, Şirkət bu ada görə Qacarlar sülaləsinə mənsub olan şəxslərə lesenziya almaq üçün pul ödəməmək məqsədi ilə belə bir mənasız izahla çıxış edib.

Qeyd edək ki, bundan öncə Yaponyanın Toyota avtomobil şirkəti də buraxdığı avtomobildə türk tayfalarının birinin adından istifadə edib. Bu avtomobil modeli QASHQAI adlanır və dünya üzrə məşhurdur.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed