Şrift:
Rusiya müxalifəti tanınmış siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı matəm mitinqi keçirəcək
28.02.2015 [10:27] - Gündəm, Hadisə
Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı ölkə müxalifəti martın 1-də birgə matəm mitinqi keçirməyi planlaşdırır. Bu barədə İnterfaks agentliyi məlumat verir.

Qeyd edək ki, Rusiya müxalifəti martın 1-də maliyyə böhranına qarşı birgə mitinq keçirməyi planlaşdırırdı, lakin Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı bu mitinqi matəm mitinqi ilə əvəz ediblər.

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed