Şrift:
ABŞ prezidenti müxalifətçi Boris Nemtsovun qətlə yetirilməsini pisləyib.
28.02.2015 [10:32] - Gündəm, Siyasət
ABŞ-nın prezidenti Barak Obama Rusiyalı müxalifətçi Boris Nemtsovun "qəddar şəkildə" qətlə yetirilməsini ciddi pisləyib.

"Biz Rusiyanı tez, qərəzsiz və şəffaf istintaq aparmağa və günahkarları ədalət qarşısına çıxarmağa çağırırıq", - deyə, ABŞ Milli Təhlükəsizlik Şurasının məlumatında bildirilir.

İnterfaks agentliyi məlumat verir ki, Rusiya prezidenti Vladimir Putin mərhumun ailəsinə başsağlığı verib, ölkənin istintaq komitəsinin, DİN və FTX rəhbərlərinə istintaqı şəxsi nəzarət altında saxlamağı tapşırıb.

Putin Həm də bildirib ki, Nemtsovun qətlə yetirilməsi "siyasi provokasiyadır".

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed