Şrift:
BMT: "ABŞ və İran Hörmüz boğazında gərginliyi azaltmalıdırlar"
07.01.2012 [12:12] - Gündəm
BMT Baş katibi Pan Gi Mun ABŞ və İranı dialoq yolu ilə Hörmüz boğazında gərginliyi azaltmağa çağırıb.

Bununla yanaşı baş katib İrandan BMT TŞ-nin qətnamələrini tam olaraq yerinə yetirməyi tələb edib. «İran hökuməti nüvə proqramının dinc xarakter daşıdığını sübut etməlidir, çünki deyəsən dünya ictimaiyyəti buna əmin deyil», deyə baş katib bəyan edib.

Xatırladaq ki, İran hərbi rəhbərliyi bir neçə gün əvvəl ABŞ aviadaşıyanının Fars körfəzinə buraxılmayacağını bəyan etmişdi. İran rəhbərliyi həmçinin dijər dövlətləri Hörmüz boğazını bağlamaqla da hədələmişdi. ABŞ isə hərbi gəmilərini indidən belə də bu körfəzə göndərəcəyini, həmçinin İran boğazı bağlayarsa, buna hərbi yolla reaksiya verəcəyini bəyan edib.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed