28.02.2015 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizli müğənni Məsud Əmir Sepehr keçən ilin noyabr ayında Tatarıstanın paytaxtı Kazan şəhərində türk ölkələr və bölgələri arasında keçirilən Türkvizyon 2014 mahnı müsabiqəsinə qatıldığı üçün İranda təzyiqlərlə üzləşdiyini bildirir.
Əmir Sepehrın Facebook səhifəsində yazdığı qısa yazıda Şərqi Azərbaycan polisinin komandir müavini polkovnik İsmayıl İsmayılzadənin əmri ilə bundan sonra konsert təşkil etmək və səhnəyə çıxmasına qadağa qoyulduğunu qeyd edib.
“Bu gün öyrəndim ki, 25 ölkə arasında əziz ölkəmizə 8-ci yeri qazandığımız Türkvizyon 2014 mahnı müsabiqəsinə qatıldığım üçün, təbrik və təşəkkür yerinə, vilayət polisinin komandir müavini cənab İsmayılzadənin əmri ilə səhnəyə çıxmaq, konsert vermək və rəsmi mərasimlərə qatılmağım yasaqlanıb”-deyə Məsud Əmir Sepehr Facebook səhifəsində dərc edib.
Müğənninin sosial şəbəkələrdə paylaşdığı qısa yazı güney veb səhifələrində də geniş şəkildə yayılıb.
2014-cü ilin noyabr ayında Əmir Sepehrin rəhbərlik etdiyi Barış musiqi qrupunun “Heydər baba” adlı rock mahnısı ilə Türkvizion müsabiqəsinə qatılıb Kazan şəhərində səhnəyə çıxması sosial media istifadəçilərinin geniş diqqətini cəlb etmişdi.
İran mediasında yazılanlara görə, müsabiqənin ilk mərhələsində İranda yaşayan türkləri Türkvizion 2014 müsabiqəsində təmsil etmək üçün üçü Tehran, biri isə Təbrizdən olmaqla, dörd musiqi qrupu arasında yarış keçirildikdən sonra Barış qrupu Tatarıstana getməyə nail olmuşdu.
Qrupun Türkvizion 2014 Mahnı müsabiqəsindəki çıxışının videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |