28.02.2015 [11:44] - Xəbərlər, Hadisə
Rusiya baş nazirinin sabiq 1-ci müavini, müxalifət liderlərindən biri Boris Nemtsov Moskvada öldürülüb.
Vladimir Putin başsağlığı verdi
Ukrayna prezidenti Petro Poroşenko "Təsadüfi deyil”
“DAVAM” Media Qrupu rus mətbuatına istinadən xəbər verir ki, Naməlum şəxs Nemtsova 4 dəfə atəş açıb, siyasətçi aldığı yaradan yerindəcə keçinib. REN TV-nin yaydığı məlumata görə isə cinayət “Böyük daş körpü”də baş verib. Hazırda onun ölümü ilə bağlı bütün versiyalar araşdırılır.
Ukrayna prezidenti Petro Poroşenko isə hesab edir ki, Boris Nemçovun qatilləri gec-tez cəzalarını alacaqlar: “O, Ukrayna ilə Rusiya arasında körpü idi. Qatilin gülləsi ilə bu körpü dağıdıldı. Düşünürəm ki, təsadüfi deyil”.
1990-cı ildə baş nazirin birinci müavini postunu tutan hazırda müxalifət liderlərindən olan Nemçovun öülümü ilə bağlı istintaqçılar bütün mümkün, o cümlədən sifarişli qətl versiyasına da yer veriblər. Artıq Daxili İşlər Nazirliyinin əməkdaşları hadisəsinin yeganə şahidi olan 23 yaşlı Ukrayna vətəndaşı olan model Anna Duriçkayanı da dindiriblər. Hazırda Moskvada morqa yerləşdirilən Nemstovun cəsədi yarılıb, həkimlərin rəyinə görə,ölüm daxili qanaxmadan baş verib. Kürəyindən vurulan siyasətçiyə açılan altı güllədən dördü hədəfə dəyib. Güllələr onun başına, ürəyinə,qaraciyər və mədəsinə dəyib.Həyatı orqanları zədələnən siyasətçi 2 dəqiqə ərzində dünyasını dəyişib.
Siyasətçinin ölümünü araşdırmaq üçün operativ qərargah yaradılıb, faktla bağlı cinayət işi açılıb. Cinayətkarı həmçinin qanunsuz silahdaşıma ilə bağlı ayrıca cəza gözləyir. Polis artıq müşahidə kameralarına əsasən, cinayətkarın izinə düşüb. Siyasətçinin evində də araşdırma aparılıb və cinayətin motivini müəyyən etməyə yardım edə biləcək materiallar götürülüb.
Artıq Rusiya prezidenti Vladimir Putin də olmaqla bir sıra dünya liderləri məşhur siyasətçinin ölümü ilə bağlı başsağlığı veriblər. Putin bildirib ki, qəddar ölüm sifarişli və tamamilə təxribatın bütün əlamətlərini özündə daşıyır.

Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |