Şrift:
Ordumuzun sursat ehtiyacını özümüz qarşılayacağıq
28.02.2015 [14:29] - Xəbərlər, Gündəm, Hərb
Yavər Camalo: Bütün sursat ehtiyacımızı yerli istehsal hesabına qarşılayacağıq
“Xaricdən asılılıq minimuma endiriləcək”

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bu ildən Silahlı Qüvvələrin bütün sursat ehtiyaclarını yerli istehsal hesabına tam qarşılayacaq. /apa/

Nazirin sözlərinə görə, yaxın aylarda Azərbaycanda tank və artilleriya mərmilərinin istehsalını həyata keçirəcək zavodun açılışı planlaşdırılır. Eyni zamanda bu il ərzində 30 mm çaplı mərmilərin, RPQ-7 qumbaraatanları üçün 4 növ döyüş sursatının istehsalına start veriləcək.

“Bununla da atıcı silahlar və artilleriya silahları üçün döyüş sursatlarına olan tələb tam qarşılanacaq. Bu istiqamətdə xaricdən asılılıq minimuma endiriləcək”, - deyə Y. Camalov vurğulayıb.

Müdafiə sənayesi naziri artıq Azərbaycanın istehsal etdiyi döyüş sursatlarına xarici ölkələrdən tələbatın olduğunu da bildirib.
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed