28.02.2015 [14:49] - Gündəm, Sosial, Özəl xəbər
“Şöhrət” ordenli Boris Simanduyev yaşlanması səbəbindən tutduğu vəzifədən gedib və yeni sədr seçilib
Fevralın 26-da Azərbaycanın unikal qəsəbəsi olan, dağ yəhudilərinin məskunlaşdığı Qırmızı Qəsəbə sinaqoqasında icma üzvləri toplanıb.
İclasda Yəhudi Slobodasına 21 il ərzində rəhbərlik edən Boris Simanduyev yaşlanması səbəbindən tutduğu vəzifədən azad edilməsinə dair xahişlə iclas iştirakçılarına müraciət edib.
İclasda Azərbaycan parlamentinin deputatı Yevda Abramov və kəndin bir çox digər nüfuzlu sakinləri iştirak edib.
"DAVAM" Media Qrupu gorskie.ru saytına istinadən xəbər verir ki, tədbir iştirakçıları Boris İosifoviçə unikal yəhudi qəsəbəsinin icmasının rifahı üçün uzun illər boyu əməyinə görə təşəkkür edib və onu xoş sözlərlə yola salıblar. Krasnaya Slobodanın dini icmasının yeni sədri, qəsəbə sakini 1960-cı il təvəllüdlü Yurik Naftaliyev seçilib. İcmanın yeni lideri Simferopolda Tibb İnstitutunu bitirib və bütün ömrü boyu doğma qəsəbəsində əczaçı işləyib.
Xatırladaq ki, 2013-cü ildə Boris İosifoviç 80 illik yubileyini qeyd edib və “Azərbaycan respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafında fəaliyyətinə” görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |