Şrift:
İranlı deputat: -Narkotikə sərf olunan pul, ölkənin abadlaşmağı üçün ayrılan vəsaitə bərabərdir”
01.03.2015 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin deputatı, ictimai komissiyanın rəisi, Əbdülrza Əzizi fevralın 27-də jurnalistlərə açıqlamasında ölkədə baş alıb gedən narkomaniyadan danışıb.
Əbdülrza Əzizi deyib ki, hazırda rəsmi statistik rəqəmlərə görə, ölkə əhalisinin 1 milyon 300 min nəfəri narkomandır: “Narkomanların 52 faizi ənənəvi narkotik maddələrdən, 26 faizi şüşədən, qalanları isə gizli laboratuvarlarda istahsal edilən və insan sağlamlığına daha təhlükəli olan digər növlərindən istifadə edirlər. Təəssüflər olsun ki, bu gün narkotik maddələrə sərf olunan pul, ölkənin abadlaşmağı üçün ayrılan vəsaitə bərabərdir”.

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bir neçə ay əvvəl jurnalistlərə açıqlamasında ölkədə narkomaniyanın geniş yayılmasının ciddi narahatlığa səbəb olduğunu demişdi: “Rəsmi statistik rəqəmkər, ölkə narkomanlarının sayını 1 milyon 300 min nəfər göstərsə də, qeyri-rəsmi statistikaya görə, bu rəqəm 3 milyon nəfərdən çoxdur”.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed