Şrift:
Firdosinin heykəlinin yerinə qaytarılmasında bu şəxslər əsas rol oynayıb!
01.03.2015 [11:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az GünAz TV-yə istinadən xəbər verir ki, keçən günlərdə Salmas şəhərinin Bələdiyyəsi sosial tələb əsasında Firdosinin heykəlini bu şəhərin meydanlarının birindən qaldırmışdır. Sözsüz ki, Bələdiyyənin bu müsbət əməli şəhər əhali tərəfindən rəğbətlə qarşılandı. Lakin bu arada fars irqçiləri də qəzəbləndilər. Sonra isə Bələdiyyə bildiri yararaq bəyan etdi, Qərbi Azərbaycanın valiliyi tərəfindən verilən göstərişə görə Firdosinin heykəli öz yerinə qaytarılacaq. GünAz TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin əlaltıları Məhbub Talei Qaraqışlağı və Qasim Mehrzad Sədəqyani Firdosinin heykəlinin geri qayratılmasında əsas rol oynayıblar. Hazırda Tehranda yaşayan Mehrzad Sədəqyani və Urmiyədə yaşayan Məhbub Talei xaincəsinə bu mövzu təqib edib və təhlükəsizlik orqanlarına ardıcıl müraciət edərək öz məkerli məqsədlərinə nail olublar.
Mehrzad Sədəqyani Salmasın keçmiş icra başçısı (fərmandar) olub və deyilənlərə görə yenə də bu posta təyin olmağa can atır. Və öz şəxsi hədəfinə çatmaq üçün heç bir əməldən çəkinmir. Məhbub Talei isə Azərbaycan Cümhuriyyətinə göndərilən öyrəncilərdən olub. Görünən odur ki, Məhbub Talei casusluq kimi şübhəli məsələlərə görə Azərbaycandan xaric edilib. O fars dili və ədəbiyyatı üzrə Azad universitetin məzunudur. Həmçinin Məhbub Talei Urmiyə universitetində müavin işləyən zaman azərbaycanlı öyrənci fəallara qarşı xüsusi təzyiq göstərən məsullardan biri olub.
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed