01.03.2015 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil Vilayətində Dünya Ana Dili Günü münasibəti ilə onminlərlə Bildiri yayılıb.
Ərdəbil vilayətinin müxtəlif şəhərlərində yayılan Bildirilərin əksəriyyəti fevralın 22-də (isfəndin 3-də) yayılıb. Lakin hava şəraitinin əlverişsiz olduğuna görə bu fəaliyyət fevralın 26-a (isfəndin 7-ə) qədər davam edib.
Bildirilərin mətni bir-biri ilə fərqli olasa da əsasən ana dildə təhsil hüququ tələb olunub və rejimin türk dilinə qoyduğu qadağa kəskin məhkum edilib.
Bütün bu fəaliyyətlər o halda baş verir ki, İran rejimi Azərbaycan türklərinə Dünya Ana Dili Günündə mərasim keçirməyə icazə vermir. Kürdlər isə bu hüquqdan istifadə edə bilib və bir neçə kürd şəhərində mərasim keçirməyə nail olublar. Lakin keçən illər kimi, Dünya Ana Dili Günü ərəfəsində yenə də bir neçə azərbaycanlı fəal tutuqlandı, onlar hələ də İran təcridxanalarında qeyri-müəyyən bir vəziyyətdə saxlanılır.

Bu xəbər oxucular tərəfindən 1138 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |