Şrift:
Sərnişinlər Azərbaycana məxsus təyyarələrdə mobil telefondan istifadə edə biləcəklər
07.01.2012 [12:34] - Gündəm
"Azərbaycan Hava Yolları" QSC-nin təyyarələrinin göyərtəsində mobil rabitədən istifadə aprel ayında mümkün olacaq. Bu barədə "Azerfon" şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib.

Fərzəliyevin sözlərinə görə, abunəçilər bu xidmətlərdən texniki sınaqların başa çatmasından sonra istifadə edə biləcəklər.

Layihə "Azerfon"un "Azərbaycan Hava Yolları" QSC və İsveçrənin "OnAir" şirkəti ilə imzaladığı sazişə müvafiq olaraq həyata keçirilir.

Layihənin texniki həlli "Airbus" və SİTA (Aviasiya üçün İT-həll provayderi) tandeminə əsaslanan və məxsus olan "OnAir" şirkəti tərəfindən yerinə yetirilib.

Xidmət "Airbus"un 11 və "Boeing"in 4 təyyarəsinin göyərtəsində işə salınacaq. Təyyarələrin göyərtəsində səs rabitə xidmətləri, SMS və məlumatötürmə xidmətlərindən istifadə etmək mümkün olacaq.

Xidmətlərin qiyməti operatorun rouminq xidmətləri üzrə qüvvədə olan tariflərinə müvafiq olacaq.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed