Şrift:
Türk dilinin bütün təhsil ocaqlarında qadağan olunan İranda kürd dili və ədəbiyyatı tədris olunacaq
02.03.2015 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə açıqlamanı Sənəndəc Universitetinin rektoru verib

İranın Kürdüstan əyalətindəki Sənəndəc Azad İslam Universitetinin rektoru Məhəmməd Qurban Kiyani martın 1-də jurnalistlərə açıqlamasında bu təhsil ocağında kürd dili və ədəbiyyatının tədrisinə hazırlıqdan danışıb.
Məhəmməd Qurban Kiyani deyib ki, universitetdə kürd dili və ədəbiyyatının tədris olunması ilə bağlı qərar, həmin ali təhsil ocağının rəyasət heyətində qəbul edilib: “Gələn təhsil ilindən başlayaraq Sənəndəc Universitetində kürd dili və ədəbiyyatı tədris olunacaq. Tədris, hələlik iki semestrdə aparılacaq və tələbələr həmin ixtisası könüllü seçə biləcəklər”.

Qeyd edək ki, bundan əvvəl İranın heç bir universitetində kürd dili və ədəbiyyatı tədris edilməyib.
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed