Şrift:
Xoy şəhərində 3 nəfər azərbaycanlı milli fəal azadlığa buraxılıb
02.03.2015 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünya Ana Dili Günü ərəfəsində yaxalanan 3 azərbaycanlı milli-mədəni fəal vəsiqə qarşılığında sərbəst buraxılıb.
Əmin Hacilu, Araz Xasse Təraş və İslam Əli Əkbərli fevralın 28-də hər biri 10 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

Xoy şəhərinin inqilab məhkəməsi azərbaycanlı fəalları milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək və mədəni varlıqları təxrib etməkdə günahlandırıb.

Adını çəkdiyimiz fəallar fevralın 17-də yaxalanıb və bir gün saxlandıqdan sonra Xoy şəhərinin zindanına aparılmışdır. Onlar bundan öncə də mədəni fəaliyyətlərinə görə təhlükəsizlik orqanlarına çağırılıb və sorğu-suala tutulublar.
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed