07.01.2012 [12:39] - Xəbərlər
Bu gün Rusiyaya məxsus döyüş gəmilərinin Suriya sahillərinə çatması gözlənilir. Daxili çaxnaşmaların pik nöqtəyə çatdığı Suriyada vəziyyətin nəzarətdən çıxacağı və xarici müdaxilələrin qaçılmaz olacağı rus gəmilərinin ziyarəti ilə daha da tezləşə bilər.
Rusiyanın rəsmi ITAR-TASS agentliyinin verdiyi məlumata görə, Admiral Çabanenko döyüş gəmisi və Yaroslav Mudri freqatı artıq Suriyanın Tartus limanına çatıb.
Rusiya Hərbi Dəniz Donanması Baş Qərargahının adı açıqlanmayan bir nümayəndəsinə istinadən verilən məlumatda Aralıq dənizidəki Rus gəmilərinin bir hissəsinin Tartus limanında bir neçə gün qalacağı qeyd edilib.
Reuters agentliyi isə xəbər verir ki, Rusiyaya məxsus gəmilərin Suriya sahillərinə yan alması Bəşşar Əsəd rəhbərliyinə dəstək və güc nümayişidir.
Qeyd edək ki, Suriyada təxminən 10 aydır davam edən anti-Əsəd nümayişlərində Əsədə dəstək verən ölkələr sırasında Rusiya öndədir. Rusiya oktyabr ayında da Əsəd hakimiyyətini qınayan qərarın BMT Təhlükəsizlik Şurasından keçməsinə Çinlə birlikdə maneə törətmişdi.

Bu xəbər oxucular tərəfindən 1099 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |